Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:37

Cənub rayonlarının bəzi məntəqələrində qaynar rəqabət var...


Astara
Astara

-

Gözlə

No media source currently available

0:00 0:04:20 0:00
Direct-ə keçid

Səsvermə günü Astarada yağan yağış əhalidə seçki aktivliyini daha da azaltdı. Yollarda çox az sayda adamlar gözə dəyirdi. Seçki məntəqələrində də elə bir fəallıq gözə dəymirdi. 77 saylı Astara seçki dairəsinin 32 saylı məntəqəsində səsvermə kabinəsində komissiya üzvlərindən başqa kənar şəxslər də var idi. Sonradan məntəqə seçki komissyasının sədri onları otaqdan çıxartdı. Məntəqədə olduğumuz yarım saat ərzində səsverməyə 3 nəfər gəldi. Gələnlər bir neçə vəsiqə təqdim edirdilər. Biz orada olanda həmin adamlara birdən artıq bülleten verilmədi. Səsverməyə gələnlərlə kabinəyə birgə girənlər də olurdu. Onları kimlərəsə səsverməyə yönəldirdilər.

Məntəqədə isə bizə bildirdilər ki, aktivlik yüksəkdir. Heç bir qanun pozuntusu yoxdur. Komissiya sədrinin dediyinə görə, onların siyahısında 1370 nəfər səsvermə hüququna malik olan vətəndaş var. Sata 11-ə olan məlumata görə 181 nəfər səs verib.

JURNALDA MÜŞAHİDƏÇİ VARDI, REALLIQDA YOX...

Astara
Astara

Məntəqədə 4 nəfər müşahidəçinin olduğunu desələr də onların heç birini görə bilmədik. Jurnalda qeyd edilmişdi ki, müşahidəçilərin hamısı bitərəfdir. Səsverməyə gələnlərdən biri seçki aktivliyinin zəif olması fikri ilə razılaşmadı. Onun dediyinə görə aktivlik yüksəkdir, hamı səsvermədən razıdır:

«Ərçivan qəsəbəsində seçkilər əla gedir. Camaat gəlir hətta növbəyə dayanırlar, bir-bir girirlər içəri, bülleten götürürlər, səs verirlər. Ani olaraq otağı tərk edirlər».

Halbuki, biz baxanda səsvermə otağı boş idi. Yolda rast gəldiyimiz qəsəbənin digər sakini səsvermədə olduğunu, xəstə yatan həyat yoldaşının əvəzinə səs verdiyini bildirdi:

HƏYAT YOLDAŞININ YERİNƏ SƏS VERƏN

«Üç nəfərik. Ailəm xəstədir, qızım gəlmişdi. Ailəmin pasportu məndədir».

76 saylı Lənkəran-Astara seçki dairəsinin 24 saylı məntəqəsində də oxşar vəziyyətlə qarşılaşdıq. Burda da səsvermə kabinəsinə iki nəfərin daxil olduğunu gördük.

AXCP VƏ MÜSAVATDAN HEÇ KİM GÖZƏ DƏYMİRDİ...

Burada müşahidəçilərin sayının 11 nəfər olduğunu dedilər. Ümid partiyasının nümayəndəsi də müşahidəçilərin arasında idi. Seçki məntəqələrində AXCP, Müsavat kimi partiyaların heç bir müşahidəçisinə rast gəlmədik. Seçki komissiyasının üzviləri isə deyirdilər ki, səsvermə normal gedir.

77 saylı dairə seçki komissiyasının 2 saylı məntəqəsində Müsavat partiyasından bir müşahidəçi var idi. Həmin müşahidəçi Asən Həşimli deyirdi ki, seçki rəqabətsiz keçir. Odur ki, baş verən saxtakarlıqla bağlı heç kim danışmır. O bildirir ki, komissiya üzvləri sakit keçən seçkidən razılıq edirlər.

QAYNAR MƏNTƏQƏLƏR...

Astara
Astara

Masallı rayonunun ərazisində yerləşən 3 seçki dairəsinin 2 məntəqəsində seçkinin qaynar keçəcəyi gözlənilirdi. Onlardan biri Musaküçə kəndinin ərazisində olan seçki məntəqəsidir. Burda müşahidəçilərin əksəriyyəti bitərəflərdir. Masallı ziyalıları İctimai Birliyinin sədri, müşahidəçi Məmmədağa Eynullayev deyir ki, saxtakarlığa yol verilməməsi üçün kənd sakinləri nəzarəti gücləndiriblər. Onlar qarşıdurmanın olacağından ehtiyatlanırlar.

Masallıda ikinci qaynar yer isə Qızlağac kəndində yerləşən 3 seçki məntəqəsi sayılırdı. Namizəd Kərim Kərimli deyir ki, məntəqələrin birində seçki qutusunu gizlətmişdilər. Buna görə Mərkəzi Seçki Komissiyasına müraciət edib:

«Səsvermədə aktivlik çox aşağıdır. 73 saylı Masallı kənd seçki dairəsindən bizim əraziyə 3 məntəqə düşür. 32 saylı məntəqəyə 150 nəfər, 33 saylı məntəqəyə 96 nəfər, 34 saylı seçki məntəqəsinə 136 nəfər adam gəlib. Bu, saat 1-ə olan məlumatdır».

Halbuki, məntəqə seçki komissiyaları hər hansı qanun pozuntusunu inkar edirlər və əhalinin seçkilərdə aktiv iştirak etdiyini deyirlər.

XS
SM
MD
LG