Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:58

İlham Əliyev Ermənistanla diplomatik dildə danışmağa ehtiyac görmür


Arxiv fotosu
Arxiv fotosu

-

2014-cü ildə Qarabağ problemi ilə bağlı danışıqlar prosesində heç bir irəliləyiş olmayıb, lakin Azərbaycan münaqişənin həlli üçün çox böyük işlər görüb - həm siyasi sahədə, həm regional çərçivədə və həm də hərbi sahədə - döyüş meydanında. Bu fikri Nazirlər kabinetinin iclasında çıxış edən prezident İlham Əliyev səsləndirib.

«Biz ermənilərə elə dərs verdik ki, indiyə qədər özlərinə gələ bilmirlər, təşvişdədirlər, isterikadadırlar. İndi bizi müxtəlif beynəlxalq tədbirlərdə ittiham etməyə çalışırlar. Amma sual olunur: Erməni əsgərinin Ağdamda, Füzulidə nə işi var? Erməni ordusunun orada nə işi var? Nə üçün onlara bunu bizdən başqa heç kim açıq-aydın şəkildə demir? Bu məsələ ilə məşğul olan vasitəçilər buna nə üçün biganə yanaşırlar? Bax, bu suallar ritorik suallardır. Biz bilirik nə üçün. Amma yenə də biz bu sualları hər bir tədbirdə, hər bir forumda verməliyik. Dövlət məmurları, ictimai xadimlər, deputatlar, adi vətəndaşlar, vətəndaş cəmiyyətinin üzvləri bu sualları verməlidirlər. Qoy, bu suallara, ikili standartlar siyasətinə, ermənipərəst siyasətinə görə cavab versinlər. Yoxsa bu qədər riyakarlığa artıq dözmək çətindir» - deyən İlham Əliyev bildirib ki, diplomatik dildə danışmağa ehtiyac yoxdur.

Prezidentin fikrincə, aciz və dilənçi günündə olan Ermənistan təkbaşına Azərbaycan torpaqlarını işğal etməyə qadir deyil. «Əgər onun müxtəlif paytaxtlarda böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapa bilərdi. Hətta hazırda Ermənistan rəhbərliyi də bunu etiraf edir. Xarici dəstək olmadan onlar işğal edilmiş torpaqları bir gün də işğal altında saxlaya bilməzlər. Ancaq biz təkbaşına mübarizə aparırıq. Yaxın tariximiz göstərib ki, biz hətta təkbaşına mübarizədə, siyasi mübarizədə uğur qazana və öz milli maraqlarımızı müdafiə edə bilərik». - deyə prezident həm də xatırladıb ki, Azərbaycanın ancaq hərbi xərcləri Ermənistanın bütün büdcəsindən 2 dəfə çoxdur.

«Ordumuzda nizam-intizam, döyüş qabiliyyəti artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir. Biz daha da güclü oluruq, Ermənistan daha da zəifləyir. Bu, qaçılmaz bir prosesdir. Yəni, növbəti illərdə ancaq bu proses daha da sürətlə gedəcək». - deyə İlham Əliyev çıxışında bildirib.



XS
SM
MD
LG