Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:23

Göyçaydan səhiyyə şikayəti...


Arxiv fotosu
Arxiv fotosu

-

«Qaynar xətt»ə zəng vuran Göyçay sakini 61 yaşlı İsmət Həsənova uzun illərdir ki, diabetli şəkər xəstəsi olduğunu deyir. Onun sözlərinə görə, rayonda heç bir xəstə pulsuz verilməli olan dərmanları vaxtında ala bilmir:

«36 ildir diabetəm, ürəyim də xəstədir. 6 aydır ki, İranda başımdan əməliyyat olunmuşam. Heç tərpənməyə də halım yoxdur. Şəkərimi axırıncı dəfə İranda əməliyyat vaxtı ölçüblər. Şəkər ölçən aparatım xarab olub, təzəsini də vermirlər. Pulsuz dərmana görə də nə qədər get-gəl edirəm. Şəkər ölçən aparata görə strip verilmir. Halbuki, ildə iki dəfə hər xəstəyə iki qutu verilməlidir. Onu da pulla alırıq».

«SƏHİYYƏMİZ ƏSƏBLƏRİMİZLƏ OYNAYIR»

İsmət Həsənova Çərəkə kəndində yaşadığını deyir. Xəstəliyinə görə əvvəllər pulsuz dərman alırmış. Deməsinə görə, neçə aydır ki, dərmanı kəsilib. Şəkər ölçən aparatı sıradan çıxsa da, təzəsini ona vermirlər:

«Bu, elə bir xəstəlikdir ki, onsuz da əsəbləri sıradan çıxarır. Bir tərəfdən də səhiyyəmiz əsəblərimizlə oynayır. Adını qoyublar pulsuz dərman, ancaq hanı? Ala bilmirik. Şəkər ölçən aparatım neçə aydır xarabdır, vermirlər».

Göyçay rayon səhiyyə şöbəsindən məsələni araşdıracaqlarını bildiriblər.

«Ola bilməz ki, diabetli xəstəyə pulsuz dərman verilməsin. Yenə də araşdırarıq. Şəkər ölçən aparata görə isə xəstə sahə həkiminə müraciət etsin. Əgər həkim «aparat yoxdur» desə, xəstə köhnə, sıradan çıxmış aparatı da götürüb rayon səhiyyə şöbəsinə gəlsin. Şikayətinə mütləq baxılacaq».

XS
SM
MD
LG