Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:05

Lamiyə Quliyeva azadlığa çıxdı


Lamiyə Quliyeva
Lamiyə Quliyeva

Bakı Apellyasiya Məhkəməsi fevralın 20-də həbsdə olan Lamiyə Quliyevanın işi ilə bağlı Baş Prokurorluğun verdiyi protestə baxıb.

Məhkəmə protesti təmin edib və Lamiyə Quliyeva məhkəmə zalından azadlığa buraxılıb.

Baş Prokurorluq fevralın 4-də Lamiyə Quliyevanın barəsindəki cinayət işi ilə bağlı protest vermiş və

Xətai Rayon Məhkəməsi işə baxılması barədə qərar qəbul etmişdi.

Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib.

O 2003-cü ilin mayında keçmiş nişanlısı Vüqar Əliyevlə birlikdə Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslanı Aslanovu qətlə yetirməkdə təqsirli bilinərək həbsə məhkum ediliblər.

Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il azadlıqdan məhrum edilib.

2010-cu ildə isə Lamiyə Quliyevanın cəzası həbsxana qaydalarını pozma (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) ittihamı ilə 5 il 6 ay artırılıb.

Qeyd edək ki, Baş Prokurorluğun protesti sonuncu işlə bağlı idi.

Vüqar Əliyev isə hazırda Qobustan həbsxanasında cəza çəkir.

Lamiyə Quliyevanın bir müddət əvvəl həbsxanada ana olması qalmaqala səbəb olub.

XS
SM
MD
LG