Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:39

Cəmil Həsənlinin qızı ilə bağlı qərara Apellyasiya Məhkəməsində baxılacaq


Günel Həsənli
Günel Həsənli

-

Yasamal rayon Məhkəməsinin Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli ilə bağlı çıxardığı qərar hələ qüvvəyə minməyib.

Bu barədə AzadlıqRadiosuna Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev məlumat verib. Bildirib ki, qərara Apellyasiya Məhkəməsində baxıldıqdan sonra məhkəmənin hökmü qanuni qüvvəyə minəcək:

«Təbii ki, Yasamal rayon Məhkəməsinin çıxardığı bu qərar ədalətsizdir, absurddur, hakimiyyətin qisasçılıq siyasətinin bariz nümunəsidir. Biz bu qərardan Apellyasiya Məhkəməsinə şikayət hazırlayırıq».

Yasamal rayon Məhkəməsi Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlini avtoqəza hadisəsi ilə əlaqədar 1 il 6 ay azadlıqdan məhrum edib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Günel Həsənlinin sentyabrın 19-da «KİA» markalı avtomobillə piyada, 1928-ci il təvəllüdlü Ədilə Səlimovanı vurması iddia olunur.

Oqtay Gülalıyev bildirir ki, Günel Həsənlinin himayəsində iki azyaşlı övladı var, zərərçəkən isə məhkəmədə şikayətinin olmadığını bildirib.

XS
SM
MD
LG