Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:06

Hansı ölkəyə vizasız gedə bilərsən? [Infoqrafika]


Təsəvvür elə ki, xarici ölkələrdən birinə səfər etmək istəyirsən. Nə lazım ola bilər: pasport, pul və həm də ən vacibi həmin ölkənin vizası. Aşağıdakı infoqrafikada viza növləri və şərtləri ilə bağlı çox sualların cavabı var.

Vətəndaşın malik ölduğu pasportun növünə və almaq istədiyini vizanın tipinə görə qaydalar, eləcə də ödəniş şərtləri dəyişir. Ona görə də bir daha səfərdən öncə gedəcəyin ölkənin, ya da ən azı Azərbaycanın Xarici İşlər Nazirliyinin saytında bütün məlumatları dəqiqləşdir. 

Məsələn, ikitərəfli razılaşmalara görə Azərbaycanın diplomatik və ya xidməti pasportlarını daşıyan şəxslər 50-dən çox ölkədə müxtəlif müddətlərə vizasız qala bilirlər. 

Eləcə də, ümumvətəndaşlıq pasportu ilə almaq istədiyiniz vizanın tipinə görə ödəniləcək rüsumların miqdarı dəyişə bilər. Burada bir qayda tətbiq edilir ki, hansı ölkə Azərbaycan vətəndaşından viza üçün nə qədər rüsum alırsa, Azərbaycan da həmin ölkənin vətəndaşından o qədər viza haqqı tələb edir. Azərbaycanın Xarici İşlər Nazirliyinin saytında əcnəbilərdən alınan viza haqları ilə bunu təxmin etmək olar. belədir. Amma məlumatlar səfərdən öncə mütləq bir daha da dəqiqləşdirilməlidir. 

Ən ümumi şərtlər əsasında Azərbayan vətəndaşının ümumvətəndaşlıq pasportu ilə səfər etməsi üçün lazım olan məlumatlar aşağıdakı infoqrafikada:

XS
SM
MD
LG