Bakı meri: "Mən günahkaram.."
Axır ki, özünə günahkar deyən bir nəfər tapıldı. Bakı meri Hacıbala Abutalıbov deyir ki, günahkar odur.
Qarabağ qaziləri arasında ölüm ölkə üzrə orta göstəricidən 20 dəfə çoxdur
"50 yaşa kimi olanlar arasında ölüm hallarını araşdırıblar, məlum olub ki, Qarabağ qaziləri arasında ölüm ölkə üzrə orta göstəricidən 20 dəfə çoxdur"
Bunu Azadlıq Radiosuna Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudin Məmmədov deyir. AzadlıqLive-da
Avropalı komissar: "Biz idiot (axmaq) deyilik"
Turan informasiya agentliyinin məlumatına görə, Riqada Avropa İttifaqının Şərq tərəfdaşlığı sammiti ərəfəsi Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muiznieks azərbaycanlı jurnalistlərlə söhbət edərkən hökumətyönlü telekanalın nümayəndəsi ona belə bir sual verib ki, "Avropa Şurası Azərbaycan hökumətinin fikrini nəzərə alırmı yoxsa onun üçün fərqi yoxdur?”
Avropalı komissar deyib ki, bu fikirlə razı deyil və bununla bağlı rəsmi Bakı ilə mübahisə edəcək.
“Baxın, burada iki variant mümkündür: ya Avropa Şurasında idiotlar oturur və separatçılar, narkomanlar, intihar edənlər və inqilabçılarla əməkdaşlıq edir, ya da Azərbaycanın hüquq sisteminin vəziyyəti çox pisdir. Mən sizi əmin edə bilərəm ki, biz idiot deyilik” - N.Muiznieks belə deyir.
Qarabağ veteranı özünə niyə od vurdu?
Müharibə əlilləri İB-nin sədri Furudin Məmmədovun sözlərinə görə, müharibə veteranı döyülməsi və təhqir olunması ilə bağlı bir neçə dəfə polisə, prokurorluğa və rayon icra hakimiyyətinə müraciət etsə də etinasızlıqla qarşılanıb:
“ Mirtahir Mürsəlov Göytəpə şəhərində yaşayırdı. Bir müddət öncə bir neçə şəxs onu təhqir edərək, alçaldaraq döymüşdü. Bununla bağlı o, bir neçə dəfə rayon polisinə və prokurorluğa müraciət etmişdi. Həmin müraciətlər araşdırılmamıışdı. Mayın 18-də həmin şəxslər Mirtahiri yenə təhqir edib döyüblər. O, mayın 19-da bir daha prokurorluğa və polisə gedib. Hər iki orqan onun müraciətinə laqeyid yanaşıb. Polis şöbəsində rəhbərliklə görüşmək istəsə də onu qəbul etməyib, aşağılayıblar. O da müharibə veteranıdı, əsəbləri tab gətirməyib, təhqir olunmasına dözə bilməyib. Elə şöbənin qarşısında üzərinə benzin töküb və özünü yandırıb". "Ümid edirik ki, prezident bu məsələni diqqətdə saxlayacaq”. AzadlıqLive-da