Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:44

AXCP-çı gəncə 7 il həbs cəzası istədilər


Elvin Abdullazadə
Elvin Abdullazadə

-

Mayın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP fəalı Elvin Abdullazadəyə qarşı keçirilən prosesdə prokuror ona 7 il həbs cəzası istəyib.

AzadlıqRadiosunun müxbiri bildirir ki, müttəhimin vəkili hal şahidlərinin məhkəməyə çağırılması və digər vəsatətlər versə də, məhkəmə bunları təmin etməyib.

Proses mayın 27-də müdafiə tərəfin çıxışı ilə davam edəcək.

Elvin Abdullazadə Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik maddələrin satış məqsədilə əldə edilməsi, saxlanması və s.) maddəsi ilə ittiham olunur.

Elvin Abdullazadənin partiyadaşları, yaxınları onun həbsini siyasi fəaliyyəti ilə izah edirlər.

XS
SM
MD
LG