Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:27

İlqar Məmmədovla bağlı xəbərdarlıq gəldi


İlqar Məmmədov
İlqar Məmmədov

-

Avropa Şurası Nazirlər Komitəsi bu ilin sentyabrında keçirəcəyi növbəti toplantıda - o vaxtadək REAL sədri İlqar Məmmədov buraxılmasa - bu barədə daha ciddi tədbirləri müzakirəyə çıxaracaq.

AŞ Nazirlər Komitəsinin İlqar Məmmədovla bağlı növbəti qərarında belə deyilir.

REAL Hərəkatının rəsmi internet səhifəsində yayılan qərarda bildirilir ki, qurumun çağırışlarına baxmayaraq, hakimiyyətin İlqar Məmmədovu hələ də azadlığa buraxmaması, onun Ali Məhkəməyə verdiyi şikayətin baxılmasının qeyri-müəyyən müddətə ertələnməsi ciddi narahatlıq doğurur.

İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. O, həmin il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələrə görə həbs olunub, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi ötən ilin mayında qəbul etdiyi qərarla REAL Hərəkatının sədri İlqar Məmmədovun həbsinin siyasi motivli olmasını tanıyıb və onu dərhal azadlığa buraxmağı tələb edib.

XS
SM
MD
LG