Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:24

Azərbaycanda ən çox bu xəstəlikdən ölürlər


Foto illüstrasiya
Foto illüstrasiya

-

Azərbaycan vətəndaşları daha çox qeyri-infeksion xəstəliklərə yoluxur və ölüm faktları da bu zaman baş verir.

Səhiyyə Nazirliyi də qan dövranı sistemi (ürək-damar), tənəffüs orqanları, endokrin sistemi (şəkərli diabet), bədxassəli yeni törəmələr (xərçəng şişləri) kimi xəstəliklərin üstünlük təşkil etdiyini açıqlayıb.

modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib ki, 2014-cü ildə Azərbaycanda qan dövranı sistemi xəstəliklərinə 140 min 433 nəfər, tənəffüs orqanları xəstəliklərinə 741 min 198 nəfər, endokrin sistemi xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntularına 51 min 99 nəfər, yeni törəmələrə 11 min 11 nəfər yoluxub.

Məlumatda bildirilir ki, Bakı, Sumqayıt və Gəncə şəhərlərində, Tovuz, Sabirabad, Yevlax, Şəki, Ağdaş, Goranboy və Qobustan rayonlarında qan dövranı sisteminin xəstəliyi daha geniş yayılıb.

Tənəffüs orqanlarının xəstəliyinə isə daha çox yoluxanlar Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron, Masallı, Tovuz, Quba, Cəlilabad və Astara rayonlarındandır.

Naxçıvan, Sumqayıt, Mingəçevir, Bakı və Şirvan şəhərlərində, Quba, Qusar, Qax, Xızı, Göygöl və Neftçala rayonlarında endokrin sistemin xəstəliyi daha geniş yayılıb.

Yenitörəmələrə isə Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində, Abşeron, Xaçmaz, Kürdəmir, Şəki, Ucar, Lənkəran və Qəbələ rayonlarında yoluxanlar üstünlük təşkil edir.

XS
SM
MD
LG