Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:56

AzadlıqLive - Fazil Mustafa: "Bu İran əllamələrinə baxın"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

16:15 14.7.2015

İlham Əliyev deyir ki, "qorxmayın, məktub yazın,e-maillə yazın"

İlham Əliyev Naziurlər Kabinetinin iclasında deyib ki, qorxmasınlar, ona birbaşa şikayət etsinlər: “kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni, bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın. Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq”. Siz prezidentə nə yazardınız? Forumda iştirak edin


17:17 14.7.2015

Beynəlxalq Bank məhkəməni uduzdu

"Bank 2 il öz müştərisini maaşsız qoyub". "Bank onun maaş kartına blok qoyub, hər ay həmin karta gələn əməkhaqqının 100 faizini götürərək Nəcəfovun borcundan silib. Həm də bununla bağlı heç bir məhkəmə qərarı olmadan. Təxminən 2 il davam edən bu proses zamanı Nəcəfovun 7700 manatı tutulub." Axırda həmin müştəri Bankı məhkəməyə verdi və uddu.

19:01 14.7.2015

Qəbul imtahanının nəticəsi Facebook-da olacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 14-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

21:21 14.7.2015

İyulun 14-də AzadlıqLive-da radioda nələri müzakirə etdik:

İlham Əliyev: “əgər bu gün biz bu vəziyyəti nəzərə alaraq seçim etməli olsaydıq, bəlkə də Avropa Şurasına da üzv olmazdıq. Azərbaycanı nə qədər təhqir etmək olar?”- Prezidentin dediklərinə reaksiyalar

Beynəlxalq Bank məhkəməni uduzdu

Prezident sahibkarlara deyir ki, birbaşa onun özünə yazsınlar. İndiyə kimi şikayət edənlər nə qazandı, nə itirdi?

Davamı

XS
SM
MD
LG