Bakıda niyə belə qiymətə təyyarə bileti yoxdur?
Gənc ər-arvad - Gülərlə Bəxtiyar təcrübəli səyyahdırlar: bu ilin martında Polşadan Norveçə təyyarə bileti üçün, Azərbaycan puluna çevirəndə, adama vur-tut 7,5 manat ödəyiblər... Bakıda niyə belə biletlər yoxdur? (Bakı-Zaqatala avtobusuna bilet - 8 manatdır.)
Leyla və Arif Yunusun bugünki məhkəməsi
Prezidentin boyunu niyə böyütdülər?- [fotolar]
Özbəkistanın dövlət xəbər agentliyi prezidentlərin Şanxay Əməkdaşlıq Təşkilatı zamanı çəkdirdiyi fotonu fotoşoplayıb. RİA Novosti Agentliyinin çəkdiyi fotoda Özbəkistan prezidenti İslam Kərimovun boyu digər prezidentlərin boyundan kiçik görünür. Bu isə Özbəkistanda yəqin ki, yolverilməzdir.
AZAL-dan biletin ucuzlaşması xəbərinə açıqlma
“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gün mətbuatda yayılmış Bakı-İstanbul aviareysinin qiymətinin 90 manata endirilməsi ilə bağlı xəbərə münasibət bildirib. Fins.az-a açıqlama verən AZAL-ın vitse-prezident Sabir İlyasov deyib ki, bu məsələdə hələ ki, konkret yenilik yoxdur: “Hazırda biletlərin ucuzlaşdırılması ilə bağlı məsələ müzakirə olunur”. Bir az əvvəl Aznews.az xəbər yaymışdı ki, Azərbaycanda yerləşən turizm şirkətlərinə AZAL məktub göndərib, Bakı-İstanbul reysinə biletin 90 dollar olması ilə bağlı "göstəriş verib".Ancaq xəbərdə o da deyilirdi ki, bu yeni qiymətin nə vaxtdan qüvvəyə minəcəyi bəlli deyil.