Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:27

"Leyla və Arif Yunuslar həbsdə olmamalıdır"


"Transparency International" təşkilatı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun işi üzrə ədalətli və şəffaf məhkəmə prosesinin keçirilməsinə çağırıb.

"Transparency International"ın direktor müavini Yelena Panfilova bildirib ki, “Leyla Yunusun məhkəməsinin onun hüquq-müdafiə fəaliyyəti ilə bağlı olması barədə narahatlıq var. L.Yunusun və onun həyat yoldaşının səhhətini nəzərə alaraq onlar məhkəmə müddətində həbsdə olmamaldırlar. Hakimiyyət vətəndaşların hüquqlarına hörmətlə yanaşmalıdır”.

Leyla və Arif Yunusların hazırlıq məhkəməsi iyulun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində başlayıb.

L.Yunus 2014-cü il iyulun 30-da, A.Yunus isə avqustun 5-də həbs olunub. Onlar dələduzluqda (178.3.2-ci maddə) ittiham olunurlar.

Bundan başqa L.Yunus qanunsuz sahibkarlıq fəaliyyətində (192.2.2-ci maddə), vergi ödənişindən yayınma (maddə 213.2.2), sənədlərin saxtalaşdırılmasında (320.1 və 320.2) ittiham olunurlar.

İbtidai istintaqın yekunlarına görə, hər ikisinə qarşı 274-cü maddə (dövlətə xəyanət) üzrə ittiham ayrıca icraata götürülüb.

"Amnesty İnternational" Leyla və Arif Yunusu vicdan məhbusu sayır.

XS
SM
MD
LG