Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:07

BBC Bakıdakı şortik aksiyasından yazır


Bakıda şortikə dəstək aksiyası - 2 avqust 2015
Bakıda şortikə dəstək aksiyası - 2 avqust 2015

-

Bazar günü Bakıda şortikə dəstək aksiyası dünya mediasının da diqqətini çəkib. BBC.com Oxu.az saytına istinadla bu xəbəri paylaşıb

“Gənclər mühakimə olunmadan şortik geyinməyə dəstək aksiyası keçiriblər,” deyə xəbərdə bildirilir. Oxu.az saytı avqustun 2-də dənizkənarında keçirilmiş yürüşdən fotolar paylaşıb. Yürüşü Flashmob Azərbaycan qrupu facebook sosial şəbəkəsi vasitəsilə təşkil edib.

BBC xatırladır ki, bir neçə gün əvvəl bir Müasir Müsavat partiyasının lideri ictimai yerlərdə şortik geyinən kişilərin təhqir olunmasına çağırıb.

“Azərbaycanda yayın qızmar keçməsinə və ölkədə Qərb geyim stilinin normal sayılmasına baxmayaraq, şortiki çoxları pisləyir və bunu çimərlik geyimi sayır. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də tövsiyə edir ki, özəlliklə paytaxtdan kənarda şortik geyinmək xoş qarşılanmaya bilər,” BBC yazır.

BBC diqqəti Oxu.az saytının məqaləsinə gələn şərhlərə çəkir. Bəziləri şortiki mühafizəkar geyim kodeksinə əməl edən müsəlmanlara təhqir hesab edib. Ancaq böyük əksəriyyət gənclərin seçimini dəstəkləyir, Azərbaycanın dünyəvi ölkə olduğunu vurğulayır.

XS
SM
MD
LG