Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:51

«Azərbaycan futbolunda sistem dəyişilməlidir»


Şahin Diniyev: «Mənim istefa vermək fikrim yoxdur»
Şahin Diniyev: «Mənim istefa vermək fikrim yoxdur»
- Azərbaycanda və dünyada futboldan və idmandan yazmaq çox populyardır. Siz bir professional olaraq ölkədə idman jurnalistikasının səviyyəsindən razısınızmı?

- Azərbaycanda başqa ölkələrlə müqayisədə idman jurnalistikası professional səviyyədə deyil. Barmaqla sayılacaq qəzetləri çıxmaqla bu sahədə vəziyyət istənilən səviyyədə deyil. Təxminən bir neçə qəzet və bir-iki jurnalist istisna olmaqla vəziyyət yaxşı deyil.


- Salam şahin müəllim, Azərbaycan futbolunun yarım əsrlik tarixinə baxanda belə nəticəyə gəlmək olar ki, bizdə yaxşı oyunçuların əksəriyyəti başqa millətlərin nümayəndələri olublar. Bəlkə, bu Azərbaycan və ümumiyyətlə Şərq mentalitetində futbol oynamaq ənənəsinin olmamasından irəli gəlir?


Şahin Diniyev 1966-cı ildə anadan olub. Professional futbolçu karyerasına 1984-cü ildən başlayıb. 1996-cı ildə futbolçu kimi karyerasını bitirən Şahin Diniyev Azərbaycan milli komandasının 16, daha sonra 18 yaşlılardan ibarət heyətlərində məşqçilik edib. 2002-2005-ci illərdə «Qarabağ» (Ağdam) və Gəncənin eyniadlı klublarının baş məşqçisi olub. 2005-ci il dekabrın 1-dən futbol üzrə Azərbaycan milli yığmasının baş məşqçisidir


- Məğlubiyyətlərin olması o demək deyil ki, Azərbaycanda futbol yoxdur. Sadəcə hər şeyə sıfırdan başlayıb, sistemi dəyişməliyik. Azərbaycan futbolunun inkişafı üçün mütləq təmiz istək olmalıdır. Etiraf edilməlidir ki, bizdə maddi baza zəifdir. İstedadlı uşaqlar olur 15-16 yaşa qədər gəlirlər, sonra şərait olmadığından keçid dövründə biz onları itirmiş oluruq.


- Siz hansı tempə üstünlük verirsiniz: müdafiə, ya hücum?


- Mənim fikrim belədir ki, komanda gözləməməlidir ki, onun üstünə gəlsinlər, komanda üstünə getməlidir. Mütləq hücum etməlisən. Müdafiədə oturub 90 dəqiqə xoşbəxtlik axtarmaq qeyri-mümkündür, mütləq hücum olmalıdır.


- Azərbaycan millisinin 10-0 uduzmasını necə izah edirsiniz?


- Bu tendensiyanı aradan qaldırmaqdan ötrü mütləq Azərbaycan futbolunda sistem dəyişilməlidir. Yalnız sistemin dəyişilməsindən sonra qələbədən və ya məğlubiyyətdən danışmaq mümkündür. Amma, əfsuslar olsun ki, Azərbaycan futbolunun keçmişi məğlubiyyətlərlə zəngindir. Biz bu gün həmin məğlubiyyətləri minimuma endirib qabağa getməliyik.


- Şahin Diniyevin istefa vermək fikri varmı?


- Xeyir mənim istefa vermək fikrim yoxdur. Başladığım işləri sona çatdırmaq istəyirəm.


ƏTRAFLI FORUMDA


XS
SM
MD
LG