Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:15
Mingəçevir 22 avqust
Mingəçevir 22 avqust

Ölənin dostu: «Polisdə üstümüzü axtardılar. Heç nə çıxmadı»

Avqustun 20-də Mingəçevir şəhər Polis Şöbəsində ölüm hadisəsi olub. Hadisədən sonra Bəhruz Hacıyevin qohumları ilə yerli polis arasında qarşıdurma yaranıb.

18:16 22.8.2015

Mingəçevirdən çəkilmiş fotolar

18:18 22.8.2015

Daxili qoşunlar şəhərə girməyə hazırlaşır

Daxili qoşunlar Mingəçevirə göndərilir
Gözlə

No media source currently available

0:00 0:00:21 0:00

Mingəçevirdə polis idarəsində bir gəncin ölümünə görə polislə yerli sakinlər arasında qarşıdurmanı əngəlləmək üçün bu şəhərə əlavə qüvvələr göndərilir. İnternet istifadəçilərimizdən biri Mingəçevirə yol alan Daxili Qoşunların maşınlarını çəkib.

18:26 22.8.2015

DİN: Özünü pəncərədən aşağı atıb

«Avqustun 20-də narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinən Mingəçevir şəhər sakini Bəhruz Hacıyev polis şöbəsində dindirilərkən qəfildən özünü pəncərədən aşağı atıb. Mərhumun yaxın qohumlarının da iştirakı ilə məhkəmə tibbi eksperti tərəfindən müayinə olunan meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib».

Daxili İşlər Nazirliyinin Bəhruz Hacıyevin ölümü ilə bağlı yaydığı rəsmi məlumatda belə deyilir.

Məlumatda deyilir ki, faktla bağlı cinayət işi başlanıb.

18:27 22.8.2015

21 nəfər tutulub

Avqustun 22-də Mingəçevirdə Bəhruz Hacıyevin ölümünə etiraz olaraq keçirilən aksiyada 21 nəfər saxlanıb.

Daxili İşlər Nazirliyi bildirir ki, onların haqqında tədbir görülməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib.

Məlumatda saxlananların ictimai asayişi kobud şəkildə pozduqları, 4 polisin xəsarətlər aldıqları, bir polis maşının yarasız hala salındığı bildirilir: «Baş vermiş bədbəxt hadisədən təəssüfləndiyimizi bildirir, mərhum Bəhruz Hacıyevin valideynlərinə başsağlığı veririk. Eyni zamanda, diqqətə çatdırırıq ki, bu hadisədən sui-istifadə edən destruktiv elementlərin təhriki ilə şəhərdə ictimai qaydanı və sabitliyi pozmağa cəhdlərin qarşısı qətiyyətlə alınacaq, təqsirkar şəxslər barədə qanunvericiliyə uyğun tədbir görüləcək».

Davamı

XS
SM
MD
LG