Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:25

Çin camaatın pensiyalarını birjaya qoyur


Mövcud planlara görə dövlət pensiya fondlarındakı bütün vəsaitin 30 faizi yerli birjada alış-veriş edən şirkətlərin səhmlərinə yatırılacaq.

Çin əhalinin dövlət pensiya fondundakı vəsaitlərini ilk dəfə olaraq birjaya investisiya etməyi planlaşdırır.

Mövcud planlara görə dövlət pensiya fondlarındakı bütün vəsaitin 30 faizi yerli birjada alış-veriş edən şirkətlərin səhmlərinə yatırılacaq.

Hazırda Çinin pensiya fondunda 3,5 trilyon yuan (548 milyard dollar) vəsait var.

Çinin bu planı ölkə birjasında səhm qiymətlərinin sürətlə düşməsinin qarşısını almaq məqsədi güdür.

Çin şirkətləri səhmlərinin qiymətləri iyun ayından bəri 30 faiz düşüb.

Bu ayın əvvəllərində Çinin yuanın devalvasiyasına getməsinə səbəb də elə ixracatı canlandırmaq məqsədi güdürdü.

Eyni zamanda Çinin itqisadi artımı son 6 il ərzində 7 faiz azalıb.

Ötən il iqtisadiyyatda 1990-cı ildən bəri ən aşağı artım sürəti qeydə alınıb.

Çinin iqtisadi iqtidarsızlığının artması neft bazarlarına da yaxşı heç nə vəd etmir.

XS
SM
MD
LG