Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:01

«AMAY Abdulla»ya 13 il həbs verildi


Abdulla Abdullayev
Abdulla Abdullayev

-

«AMAY» Ticarət Mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev 13 il azadlıqdan məhrum edildi.

Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasova barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Elşən Novruzov, Heydər Rzayev və Mehman Məmmədxanlı son söz deyiblər.

Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamində olublar.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Digər təqsirləndirilənlər - Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov və Vidadi Qurbanovun hər birinə 9 il şərti cəza verilib.

Nadejda İlyasova isə 8 il müddətinə azadlıqdan məhrum olunub.

XS
SM
MD
LG