Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:56

Diqqət: WhatsApp-da fırıldaqçılar gəzir


Fırıldaqçı mesaj.
Fırıldaqçı mesaj.

-

Son günlər Azərbaycanda WhatsApp istifadəçilərinə fırıldaqçı mesajlar gəlməyə başlayıb.

Mesaj xarici ölkə hesablarından gəlir. İstifadəçi əvvəlcə «WhatsApp» adlı qrupa əlavə edilir. Ona «Whatsapp ekran görüntüləri və smayllar yeniləməsi sizin telefon nömrəniz +994XXXXXXXXX üçün mövcuddur. İndi yeniləyin!» tipli mesaj gəlir və dərhal da qrupdan çıxarılır. Whatsapp loqolu mətnin üstünə klikləmək istənilir.

NÖMRƏNİ YAZAN KİMİ…

Beləcə istifadəçi proqramın yeni versiyasını yükləyəcəyinə ümid edib klikləyir. Ancaq ardıcıl başqa saytlara yönləndirilir. Ondan nömrəsini yazmaq istənilir.

Fırıldaqçı mesaj.
Fırıldaqçı mesaj.

Aldanıb nömrəni yazdınsa, düşdün tora. Telefonuna hansısa video xidmətinə abunə olduğun haqda mesaj gəlir. Xidməti dayandırmasan balansından hər gün müəyyən məbləğ çıxır.

NAZİRLİK XƏBƏRDARLIQ EDİR

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) də bu barədə WhatsApp istifadəçilərinə müraciət edib.

Mərkəz bütün istifadəçilərə tövsiyə edir ki, bu cür hallarla qarşılaşdıqda ehtiyatlı olsunlar, tanımadıqları veb səhifələrdə öz fərdi məlumatlarını yazmasınlar. Bura mobil nömrə, bank kartı məlumatları və s. əhəmiyyətli məlumatlar daxildir.

Xidməti dayandırmaq üçün «Nar Mobile» abunəçiləri «STOP P1» sözünü SMS-lə 5888 (0.035 AZN), «Bakcell» abunəçiləri «STOP P1» sözünü SMS-lə 9696 (pulsuz), «Azercell» abunəçiləri isə «STOP P1» sözünü 7615 qısa nömrəsinə (0.035 AZN) göndərməlidirlər.

Mobil dələduzluq

Mobil dələduzluq AzadlıqRadiosunun Azadlıq FM verilişində müzakirə olunub.

MOBİL OPERATORLAR DA CAVABDEHDİR

ETM-dən bildirirlər ki, belə mesajların yayımlanmasına mobil operatorlar da cavabdehdir: «İstifadəçilərin nömrələri konfidensialdır və spam üçün istifadə olunursa, burada mobil operatorlar da məsuliyyət daşıyır».

MƏSƏLƏYƏ QANUN ÇƏRÇİVƏSİNDƏ BAXILACAQ

Mərkəz qeyd edir ki, bu kimi problemlərlə bağlı əvvəl istifadəçilər tək-tək müraciət edirdilərsə, son dövrlər məsələ qloballaşıb, şikayətlərin sayı çoxalıb: «Burda təkcə texniki pozuntu məsələsi deyil, istifadəçilərin hüquqları pozulur. Araşdırmalarımızdan sonra qanun çərçivəsində buna baxılacaq. Mərkəz vətəndaşların hüquqlarının pozulması ilə bağlı şikayətlərini qanunvericilikdə qeyd olunmuş strukturlara yönləndirib. Biz məsələnin texniki həllinə çalışa bilərik, cəza tətbiq etmək mexanizminə malik deyilik».

XS
SM
MD
LG