Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:39

"Bunlar Heydər Əliyevin adından hərtərəfli qazanırlar"


Prezident İlham Əliyev Binəqədinin yenidən qurulmuş Heydər parkında, 2013
Prezident İlham Əliyev Binəqədinin yenidən qurulmuş Heydər parkında, 2013

►“Ay başınıza dönüm, bu parkı neçə dəfə sökərlər, tikərlər?.. Axı neçə dəfə?..

Heydər Əliyev parkından danışıram... Azı üç dəfə söküb təzədən qurublar. Hamısı pul, pul, pul... Yeyinti...”

Bunu deyən binəqədili Telman Hacıyevin ürəyi doludur.

Deyir, Binəqədi kəndinə gedən yolda neft quyularının əmələ gətirdiyi çirkabları təmizləmək əvəzinə həmin yolları hasarlayıblar ki, çirkabı görən olmasın. Özü də hasarlar aqlay daşlardandır. Sakin düşünür ki, əslində təmizləmə işləri bundan qat-qat ucuz başa gələrdi:

Binəqədinin yenidən qurulmuş Heydər parkı, 2013
Binəqədinin yenidən qurulmuş Heydər parkı, 2013

Buna da bax: Şura Xoşqədəmin verilişlərini bağladı

“XALƏDDİN MÜƏLLİM DƏ PARKDAN BAŞLADI”

“Mən bu Rəsulzadə qəsəbəsindəki Heydər Əliyev parkından danışıram. Biri təmir etdi, yola saldılar, getdi. İkincisi gəldi, o da təmir etdi, getdi. Sonra bu Xaləddin müəllim gəldi. A kişinin qızı, bu da həmin parkdan başladı... 1 il təmir getdi. Şardan, zərdən asıb, zurna-balaban çala-çala açılışını elədilər. Heç bir il keçmədi ki, gördük yenə parkı hasara alıblar. Bir sözlə, bir parkı iki ildə üç dəfə təmir elədilər. Hər dəfə də milyonlar qatladırlar. Bunlar Heydər Əliyevin adından hərtərəfli qazanırlar”.

Sakin deyir, hazırda park insanların istifadəsindədir və hələ ki, növbəti “təmir əməliyyatı”ndan səs-səmir yoxdur.

Telman Hacıyev iddia edir ki, seçkiqabağı Binəqədi kəndinin su probleminin həll ediləcəyi vəd olunsa da, hələ ki, bu, vəd olaraq qalıb:

“Biz yaxşı bilirik ki, bu su xətlərinin çəkilməsi üçün milyonlarla vəsait ayrılıb. İndi belə zəmanədir ki, hərə bir yerə çəkilib, bu vəsaitləri xımır-xımır yeyib, xəzinə də bomboş... İndi hara gedirik, deyirlər, “əl aşağıdır, büdcədə pul yoxdur”. Mən də bir binəqədili kimi sual verirəm: Atam-atam, hanı pullar?..”

Binəqədinin yenidən qurulmuş Heydər parkı, 2013
Binəqədinin yenidən qurulmuş Heydər parkı, 2013

Buna da bax: Rusiya Suriyada hərbi əməliyyata başladı

ƏVVƏL İRİ, SONRA XIRDA-PARA TƏMİR

Binəqədi rayon icra hakimiyyəti isə sakinin ittihamlarını qəbul etmir. İcra hakimiyyəti Binəqədi rayonu ərazisində su xətlərinin dəyişdirilməsi işlərinin davam etdirildiyini bildirir. Parkdakı işlərlə bağlı deyilənlərə isə belə aydınlıq gətirilib ki, bir neçə il əvvəl istirahət parkında iri təmir işləri aparılıb. Sonrakı illərdə isə keçmiş təmirdən qalmış xırda-para işlər başa çatdırılıb.

Telman Hacıyev deyir, başçı heç olmasa, ildə bir dəfə əhalini yığıb ayrılan pullardan, görülən işlərdən hesabat verməlidir. Ancaq dediyinə görə, indiyədək başçının hesabat iclaslarına düşmək üçün dəridən-qabıqdan çıxsa da, necə deyərlər, arzusu gözündə qalıb.

XS
SM
MD
LG