Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:45

Baş prokuror: «İntiharlar artır»


Zakir Qaralov
Zakir Qaralov

-

«Təəssüflər olsun ki, bu gün Azərbaycanda intihar hadisələrində artım müşahidə olunur».

APA-nın xəbərinə görə, bunu baş prokuror Zakir Qaralov deyib.

Baş prokuror bildirib ki, hər bir intihar hadisəsi ilə bağlı cinayət işi başlanır və hansı rayonda baş veribsə, həmin rayonun prokurorluq əməkdaşları dərhal hadisə yerinə çıxırlar: «İstintaq çərçivəsində biz intihar hadisəsinin səbəblərini ciddi şəkildə araşdırırıq. Bu intiharlar müxtəlif səbəblərdən baş verir. Bir çox hallarda intihar edən şəxslərin psixi xəstəliklərdən əziyyət çəkdikləri üzə çıxır. Araşdırmalar zamanı məlum olur ki, onlar xəstə kimi vaxtında qeydiyyata alınmayıblar.

Bəzi hallarda isə intihar edən vətəndaşların ailələrində problem olur».

Baş prokuror deyib ki, araşdırmalar ümumiləşdiriləndən sonra aidiyyəti qurumlara bu barədə təkliflər verirlər.

XS
SM
MD
LG