Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:00

Evini sökməyə gəldilər, özünü yandırdı


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Bakının Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Rəsulzadə qəsəbəsində Ələkbər Məmmədov üzərinə benzin tökərək od vurub. Qonşuların köməkliyi ilə xəstəxanaya yerləşdirilən Ə.Məmmədovu xilas etmək mümkün olmayıb və orada ölüb.

İlkin məlumata görə, məhkəmə Ə.Məmmədovun yaşadığı evin qanunsuz tikili olması və evin boşaldılması barədə qərar çıxarıb. Oktyabrın 7-də məhkəmə icraçıları Ə.Məmmədovun evinə gələrək qərarın icrasını tələb ediblər. Ə.Məmmədov da buna etiraz edərək özünü yandırıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, istintaq gedir.

XS
SM
MD
LG