Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:33

Nazir ərəb şeyxlərinin ovundan danışdı


Əbülfəs Qarayev.
Əbülfəs Qarayev.

-

«Düşünürəm ki, Azərbaycanda bütün növ turizm inkişaf etdirilməlidir. O cümlədən ov turizmi. Burda qanunazidd heç bir şey görmürəm. Cəmiyyətimizə də bunun mənfi təsirinin olduğunu hesab etmirəm».

apa-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ərəb şeyxləri və onların övladlarının Azərbaycan ərazisində ov etmələrinə münasibət bildirərkən deyib.

Nazir qeyd edib ki, bütün növ fəaliyyət dövlət qanunları çərçivəsində olmalıdır: «Ova lisenziya verilir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən lazımi icazələr verilir. O icazələr əsasında fəaliyyət həyata keçirilir. Bütün dünyada bu təcrübə mövcuddur. Hesab edirəm ki, imkanlı adamlar Azərbaycana gəlib, vəsaitini xərcləyirsə və bu vəsait dövriyyəyə daxil olursa, buna ancaq sevinməliyik».

Zəngin ərəb şahzadə və şeyxlərinin Azərbaycanda ov etmələri ilə bağlı yerli mətbuatda məlumatlar və fotolar yayılır. Sonuncu dəfə onların elə bu ayın əvvəlində Saatlıda, Sarısu gölünün ətrafında ov etdikləri bildirilir.

XS
SM
MD
LG