Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:21

Günel Mövlud. Biz nə edəcəyik?


Günel Mövlud
Günel Mövlud

- "Şəhərin mərkəzində bağlanan bahalı geyim, aksessuar dükanları maliyyə böhranının artıq çox yaxında olduğundan xəbər verir."

Günel Mövlud

Ofis krizisləri…

Bu yaxınlarda bir rus bloqçunun yazısını oxudum. Prestijli bir şirkətdə katibə işləyən, yüksək maaş alan, maaşından arxayın olaraq, kreditə ev, maşın götürən, bahalı saç ustasının yanına gedən rəfiqəsini qəfil işdən çıxarıblar.

Rəfiqəsinin heç bir günahı olmayıb, sadəcə ölkədəki krizisdən bəzi nəticələr çıxaran director birdən başa düşüb ki, ailəsini hava limanından özü də qarşılaya bilər, kofesini özü hazırlaya bilər, imzaladığı sənədləri özü də tərtib edə bilər. Krizis ona pulunu yaxşı saymağı öyrədib.

Son on ildə yüksək maaşa, bahalı maşına, bahalı brendlərə, elit salonlara öyrəşən rəfiqəsi isə indi depressiyadadır.

Iş elanlarında ancaq dayə, xadimə, bərbər köməkçisi axtarırlar.

Rəfiqə isə elit ofis işinə alışıb və belə “aşağı reytinqli” xidmət sektorunda çalışacaq qədər “tənəzzül” etmək istəmir.

Yazı Rusiyada “PR menecer”, “PR menecerin köməkçisi”, “istimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri”, “ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbərinin köməkçisi” və s onlarla, yüzlərlə funksionallıq dərəcəsi ikinci, üçüncü planda olan neçə-neçə iş yerlərinin qəfil ləğvinə həsr olunmuşdu.

Zarafatla və ya ciddi-ciddi “Ofis planktonları” adlandırılan kateqoriyanın qəfil sıradışı edilməsinə…

Qarşıdan nəhəng addımlarla gələn kasıblıqla nə edəcəyik?

Yəni, külək üzü bizə tərəf əsir. On ilə yaxındır rahat, lüks həyata və yüngül işə alışmış insanlar artıq narahatdırlar.

Şəhərin mərkəzində bağlanan bahalı geyim, aksesuar dükanları maliyyə böhranının artıq çox yaxında olduğundan xəbər verir.

Bakı. Binə ticarət mərkəzi
Bakı. Binə ticarət mərkəzi

Bəs, görəsən, biz nə edəcəyik? Qarşıdan nəhəng addımlarla gələn kasıblıqla nə edəcəyik?

Iqtisadçı deyiləm, buna görə də, ancaq sadə xalqın nə edəcəyini ömründə bir dəfə pulun sürətlə dəyərdən düşdüyünü görmüş və yaşamış bir insan kimi nələrsə təsəvvür edə bilirəm.

Toyları ildən-ilə daha sadə, daha ucuz şadlıq saraylarında edəcəyik. Son on ildə uşaqlarınızın, özümüzün, yaşlılarımızın bütün orqanlarına (sünnət edəndə cinsi orqanına, məktəbə gedəndə beyninə, əsgərliyə gedəndə bütün bədəninə, idmana gedəndə əzələlərinə, evlənəndə təkrar cinsiyyət orqanına, yaşlananda ağarmış saçlarına, evlilik ildönümüdə əsəblərinə) keçirdiyimiz təm-təraqlı məclisləri minimuma endirəcəyik.

İllüstrasiya
İllüstrasiya

Restoranlarda, evlərdə, ofislərdə avadanlıq, qab-qacaq sadələşəcək. Kafedə deyil, evdə yemək yeyənlərin sayı çoxalacaq.

İş fasiləsində pizza sifariş vermək yerinə, evdən bankada yemək gətiriləcək.

Son on ildə həyət-bacadan, torpaqdan, maldarlıqdan uzaqlaşmış kəndli sinfi yenidən torpağa qayıdacaq. Qışa tədarüklər görüləcək.

İmicə deyil, keyfiyyətə, parıltıya deyil, möhkəmliyə, prestijə deyil, kəmiyyətə, dekorasiyaya deyil, istifadəsi mümkün olana pul xərcləyəcəyik.

Azərbaycan xalqı, adamın üstündə allah olub-olmamağından asılı olmayaraq, zirək, zəhmətkeş xalqdır. Sadəcə son on ildə zəhmət doğrudan da, sərf eləmirdi.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG