Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:38

Xəbərdarlıq: Bu brauzer saxtadır


Chrome
Chrome

-

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Elektron Təhlükəsizlik Mərkəzi (ETM) Azərbaycanın internet istifadəçilərinə növbəti dəfə xəbərdarlıq edib.

«Google Chrome» veb-brauzerini silib özünün saxta surətini kompüterə quraşdıran ziyanverici proqram - saxta brauzer aşkar olunub.

Təhlükəsizlik ekspertləri bildirirlər ki, istifadəçilərin «eFast Browser» adlandırılan saxta veb-brauzerlə «Chrome» arasındakı fərqi asanlıqla seçməsi mümkün deyil.

«Həmin saxta brauzer vasitəsilə bədniyyətli sizin daxil olduğunuz veb səhifələrdə icazəsiz reklamlar yerləşdirə, sizi saxta məzmunlu zərərli saytlara yönləndirə və internetdəki fəaliyyətinizi izləyə bilər». – deyə xəbərdarlıqda bildirilir.

ETM istifadəçilərə tövsiyə edir ki, «Chrome» brauzerini rəsmi veb-saytından endirsinlər və onu kompüterə quraşdırarkən hər bir mərhələni diqqətlə təhlil etsinlər.

XS
SM
MD
LG