Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:47

Milli Şura seçkilərin nəticələrini tanımayacaq


Cəmil Həsənli və Əli Kərimli.
Cəmil Həsənli və Əli Kərimli.

-
«Milli Şura noyabrın 1-də keçiriləcək parlament seçkilərinin nəticələrini tanımayacaq. Çünki bu seçkilər əhalinin iradəsini ifadə etmir».

Bu haqda qurumun oktyabrın 29-da yaydığı bəyanatında deyilir:

«Parlament seçkiləri kimi mühüm siyasi kampaniya ölkə gündəminə daxil ola bilmir. Buna səbəb isə seçki şəraitinin olmaması, seçki təbliğatının hiss edilməməsi, azad rəqabət imkanlarının aradan qaldırılması, məhdud zaman daxilində belə namizədlərin ənənəvi televiziya debatlarının ictimai müzakirədən çıxarılmasıdır».

Milli Şura hesab edir ki, teledebatlardan imtina 2018-ci il prezident seçkisinə presedent yaratmaq cəhdidir.

Sənəddə 1200 namizəddən 500-ə qədərinin öz namizədliyini geri çəkmək məcburiyyətində qaldığı vurğulanır: «Bu, son 20 ilin parlament seçkiləri təcrübəsində ən aşağı göstəricidir».

Milli Şura parlament seçkilərini boykot edib.

XS
SM
MD
LG