Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:53

VHP İrandan təhqirə son qoymağı tələb edir


Təbrizdə kütləvi aksiyadan görüntülər
Gözlə

No media source currently available

0:00 0:00:16 0:00

Təbrizdə kütləvi aksiyadan görüntülər

-

Vətəndaş Həmrəyliyi Partiyası İranın IRIB-2 telekanalında Azərbaycan türklərinin təhqir olunması ilə bağlı bəyanat yayıb.

Bəyanatda rəsmi Tehrandan «aşağılayıcı, təhqiramiz siyasəti» dayandırmaq, Azərbaycan türklərinə ana dilində təhsil almaq, öz mədəniyyətini açıq təbliğ etmək üçün şərait yaratmaq tələb olunur.

Bu telekanalda yayımlanan «Fitilə» adlı komediya verilişində diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilir. Bəyanat müəllifləri bu cür təhqirlərin İran KİV-lərində birinci hal olmadığını da yada salırlar.

VHP hesab edir ki, 1925-ci ildə hakimiyyəti çevriliş yolu ilə ələ keçirən Pəhləvi rejiminin «ali irq» illüziyasını hazırda islam pərdəsi altında «fars şovinistləri» davam etdirir.

«Azərbaycan türklərinin ana dilində təhsilinə imkan verməyən, dövlət idarəçiliyində iştirakını məhdudlaşdıran, milli varlıq kimi türkləri yox etmək istəyən fars rejimi anlamalıdır ki, İrandakı 16 milyonluq fars 40 milyonluq türkü istəsə də, assimilyasiya edə bilməz», - bəyanatda deyilir.

İranın bir neçə şəhərində azərbaycanlılar həmin verilişə etiraz olaraq aksiyalar keçiriblər.

XS
SM
MD
LG