Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:57

«Taleh Bağırzadə dövləti yıxmaq istəyir»


Allahşükür Paşazadə
Allahşükür Paşazadə

-

«Taleh Bağırzadə kimi adamlar yığışıb Azərbaycan dövlətini yıxmaq istəyirlər. Axı onlar bu dövlət, bu xalq üçün nə ediblər ki, belə bir iddiaya düşüblər?! Çox təəssüf ki, onlar islamdan istifadə edirlər».

APA-nın xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Heydər məscidində mərhum prezident Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı keçirilən anım mərasimində belə deyib.

O bildirib ki, ətrafda olan bəzi dövlətlər Azərbaycanın firavanlığını həzm edə bilmir: «Bu gün Azərbaycanın inkişafını istəməyən qüvvələr bizim daxilimizdə din amilindən istifadə edib çaxnaşma salmaq istəyirlər. İslam qardaşlıq dinidir. Mən çoxlu dövlətlərdə olmuşam. Biz şükür etməliyik ki, ölkəmizdə firavanlıq hökm sürür, bu firavanlığı qoruyub saxlamalıyıq. Bəzi qanunlar qəbul edilirsə, qanunlara əlavə və dəyişiklik edilirsə, deməli belə məsləhətdir. Hər dövlət öz təhlükəsizliyini qorumalıdır».

Nardaran hadisələri haqda bütün video burda

QMİ sədri Azərbaycan prezidenti İlham Əliyevin Nardaran qəsəbəsinin inkişafına 12 milyon manat pul ayırmasına da münasibət bildirib: «Bəziləri deyir ki, guya Nardaranı istəmirlər. Amma cənab prezident Nardaranın inkişafı üçün 12 milyon manat pul ayırıb. Xüsusən biz dindarlar bu münasibətə qiymət verməliyik».

Bu il noyabrın 26-da Nardaranda polisin keçirdiyi əməliyyat zamanı ikisi polis əməkdaşı olmaqla 7 nəfər ölüb. «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırzadə də daxil olmaqla 20-dən çox adam saxlanılıb. Bəzi evlərdən silah-sursat götürüldüyü bildirilir.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube Kanalından

XS
SM
MD
LG