Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:51

Nardaranda bəzi evlər plana düşüb


-

«Nardaranda vəziyyət əvvəlki kimidir. Nə yaxşılığa, nə pisliyə doğru dəyişiklik var. Postlar qalır yerində. Polis küçədə adamları saxlayıb üst-başını yoxlayır. Eləcə də evlərdə axtarışlar davam etdirilir. Axtarış olan evlərdən kişiləri polisə aparır, bir qədər saxladıqdan sonra buraxırlar. Niyə saxlayırlar, biz bilmirik. Protokol da tərtib etmirlər».

Nardaran ağsaqqalı Natiq Kərimov AzadlıqRadiosuna belə deyir.

Onun sözlərinə görə, saxlanılanlar haqda məlumat ala bilmirlər.

Natiq Kərimov qəsəbədə yolların genişləndirilməsinə başlanıldığını da deyir: «Bəzilərinin evi plana düşür. Onlara kompensasiya verilməlidir, ancaq hələlik xəbər yoxdur. Yolları qazıyırlar, sonra üstünü örtürlər ki, su çəkilməlidir... Kənddə polis binası tikiblər, hazırdır, açılış da etmədilər, bilmirik niyə. Pirdən aşağıda yanğınsöndürənlər üçün bina tikilir».

Bu il noyabrın 26-da Nardaranda polis əməliyyat keçirib, bu zaman 2-i polis olmaqla 7 nəfər ölüb. «Müsəlman Birliyi» Hərəkatının başçısı Taleh Bağırzadə daxil olmaqla 20-dək vətəndaş saxlanılıb. Onlar dövlət çevrilişinə, terrora cəhddə və başqa maddələrlə ittiham olunurlar.

Bu hadisədən az sonra prezident İlham Əliyev Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi və qəsəbənin sosial problemlərinin həlli məqsədi ilə tapşırıq verib. Bunun üçün 12 milyon manat ayrılması haqda sərəncam imzalayıb.

XS
SM
MD
LG