Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:35

Banklar kredit ödənişlərinə dəyişiklik edəcək


Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev
Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev

Azərbaycan bankları faiz dərəcələri və kreditlərin ödənilməsi müddəti ilə bağlı müqavilələrə yenidən baxılması çərçivəsində valyuta kreditlərinin restrukturizasiyasını həyata keçirəcək.

Bunu Trend-ə Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, kredit borcunun ödənilməsi müddətinin uzadılması ilə bağlı müştərinin imkanına uyğun yeni ödəniş qrafikinin formalaşdırılması tələb olunur: «Bununla belə, hər bir müştəriyə qarşı fərdi yanaşma lazımdır, çünki müştərilərin imkanları fərqlidir».

Z.Nuriyev qeyd edib ki, banklara öz vəsaitləri hesabına köhnə və yeni məzənnə arasında fərqi qarşılamaq çətin olacaq. Buna görə də hər bir bank müştərilərə köhnə məzənnə ilə kredit borclarını qaytarmaq imkanı yarada bilməz.

Hazırda Banklar Assosiasiyası restrukturizasiya məsələləri üzrə banklarla müntəzəm danışıqlar aparır: «Bildirmək istəyirəm ki, heç bir bank müştəriləri ilə kreditlər üzrə məzənnə siyasətinin hər hansı dəyişikliyini müzakirə etmir. Qeyd etmək lazımdır ki, banklar bunu edə də bilməz. Azərbaycan Mərkəzi Bankı yeni məzənnə müəyyənləşdirdikdən etibarən məzənnə avtomatik olaraq balansa daxil edilir və balans avtomatik olaraq yeni məzənnə üzrə hesablanır. Banklar hər hansı digər məzənnəni öz istəyi ilə daxil edə bilməz, bu, sadəcə mümkün deyil».

Onun sözlərinə görə, bankların yeni məzənnəyə uyğun olaraq valyuta kreditləri üzrə ödənişləri yenidən hesablaması nəticəsində yaranmış fərqin Mərkəzi Bankın vəsaitləri hesabına qarşılamaqla bağlı təkliflər artıq Azərbaycan hökumətinə göndərilib: «Bu, ötən il manatın məzənnəsinin dəyişməsindən sonra Mərkəzi Bankın valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi nəticəsində yaranmış 3 milyard manat vəsait hesabına mümkündür. Lakin tənzimləyicidən hələ heç bir cavab daxil olmayıb».

XS
SM
MD
LG