Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:45

Azərbaycanda vulkan püskürdü


Vulkan. Foto illüstrasiya
Vulkan. Foto illüstrasiya

-

Hacıqabul rayonundakı Axtarma-Paşalı vulkanı püskürüb.

Bu haqda APA-ya Hacıqabul rayonu Udulu kənd icra nümayəndəliyindən məlumat verilib. Məlumatda bildirilib ki, püskürmə yanvarın 26-da gecə saat 03.00 radələrində qeydə alınıb və səhər saatlarına qədər davam edib.

Udulu qəsəbəsi ərazisində püskürən vulkan Azərbaycanın ən böyük vulkanlarından biridir. Bundan əvvəl - 2013-cü ilin aprel ayında püskürən vulkan Şirvan şəhərinin 35 km-liyində yerləşir, cənub-şərqi Şirvan ərazisindədir. Odla müşayiət olunan vulkan 30-35 metr hündürlüyə qədər qalxıb, ətraf ərazilərdən aydın müşahidə olunub. Vulkan palçığının orta qalınlığı 1 metr 20 sm-dir və 18 hektar sahəni örtüb.

XS
SM
MD
LG