Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:36

Tibb idarəsi bir məhbusun öldüyünü deyir


Nurani İbrahimov
Nurani İbrahimov

-

Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov Nurani İbrahimovun ölüm faktını təsdiq edib. İbrahimovun ölümünün səbəblərinə gəlincə, o, bununla bağlı Məhkəmə Tibb Ekspertizasının rəy verəcəyini bildirib .
Penitensiar Xidmət isə bu xəbərə hələ münasibət bildirməyib. Xidmətin İctimaiyyətlə Əlaqələr Mərkəzi AzadlıqRadiosunun sorğusunu cavabsız qoyub.

Tibb idarəsinin rəis müavini İftixar Qurbanov xəbərlərdə adıçəkilən digər məhbus Sahib Abbasovun ölməsi və daha iki məhbusun ağır durumda müalicə müəssisəsinə yerləşdirilməsi barədə deyilənləri isə təsdiq etməyib.

Mövzu ilə əlaqədar oxu:

Məhbusun qəfil yerdəyişməsi və müəmmalı ölümü...

Yada salaq ki, ölkə KİV-i fevralın 13-də 6 saylı Cəzaçəkmə Müəssisəsində iki məhbusun işgəncə ilə öldüyünü bildirirdi. Məlumatlara görə, daha iki məhbus ölümcül halda Ədliyyə Nazirliyinin xəstəxanasına yerləşdirilib. Ölən məhkumlardan biri olan Nurani İbrahimovun qardaşı Ramin İbrahimov mətbuata açıqlama verib ki, döyülərək öldürülən digər məhbus Sahib Abbasovdur. Cənazəsi dəfn olunmaq üçün Gəncəyə aparılıb. Üstəlik, Ramin İbrahimov bildirirdi ki, Elmir və Tariyel adlı məhkumlar da ağır vəziyyətdə Ədliyyə Nazirliyinin müalicə müəssisəlisinə yerləşdirilib.

Mərhum Nurani İbrahimovun ailə üzviləri onun ölümü ilə bağlı AzadlıqRadiosuna bunları demişdi: «Nuranini işgəncəylə öldürüblər. Bunu hamı bilir. Nə qədər ört-basdır etsələr də, əlimizdəki fotolar da isbatlayır ki, ona işgəncə verilib».

XS
SM
MD
LG