Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:21

Xədicə İsmayılla görüşə icazə verilmədi


«Sivil toplum» ictimai qrupunun üzvləri
«Sivil toplum» ictimai qrupunun üzvləri

-
Martın 7-də vətəndaş cəmiyyəti fəalları və jurnalistlərdən ibarət Sivil Toplum Platforması araşdırmaçı-jurnalist Xədicə İsmayılın cəza çəkdiyi 4 saylı müəssisəyə gediblər.

Lakin müəssisəsinin administrasiyası görüşə icazə verməyib və 8 Mart münasibətilə Xədicə İsmayıla gətirilən hədiyyəni çatdıra bilməyiblər.

Administrasiya bu gün qəbul günü olmadığına əsaslanıb. Lakin «Sivil toplum» ictimai qrupunun üzvləri etiraz ediblər.

Administrasiya ilə danışıqlar bir saat yarıma qədər davam etsə də, nəticəsiz qalıb.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Lakin o, ittihamları qəbul etmir və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirir.

«Amnesty İnternational» beynəlxalq hüquq müdafiə təşkilatı Xədicə İsmayılı «vicdan məhbusu» elan edib.

XS
SM
MD
LG