Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:35

Vəkili Xədicə İsmayılla görüşüb


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

Martın 8-də vəkil Cavad Cavadov həbsdə olan jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl ilə görüşüb.

Vəkil bu haqda özünün Facebook səhifəsində yazıb.

«Bu gün cəzaçəkmə müəssisəsində Xədicə İsmayıl ilə görüşüb onu 8 mart münasibətilə təbrik etdim», - deyə vəkil qeyd edib.

Martın 7-də bir qrup jurnalist və hüquq müdafiəçiləri 4 saylı cəzaçəkmə müəssisəsinə gedərək Xədicə İsmayıl ilə görüşmək istəmişdilər. Müəssisə rəhbərliyi görüşə icazə verməmişdi. Vəkil C.Cavadov jurnalistin bu haqda məlumatlı olduğunu bildirib.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. O, ittihamları qəbul etmir, korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirir.

«Amnesty International» beynəlxalq hüquq müdafiə təşkilatı Xədicə İsmayılı «vicdan məhbusu» elan edib.

XS
SM
MD
LG