Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:02

Hacı Məmmədovun istəyi


Hacı Məmmədov
Hacı Məmmədov

-

Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı müraciət edib.

Bu barədə onun vəkili Afət Qazıyeva məlumat verib.

APA-nın xəbərinə görə, H.Məmmədov saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı aidiyyəti quruma müraciət edib.

Vəkil müraciətə hələlik cavab verilmədiyini də bildirib.

DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi «Qara kəmər» əməliyyatı nəticəsində həbs ediliblər. H.Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb.

XS
SM
MD
LG