Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:45

«Məsuliyyət Ermənistanın üzərinə düşür»


Bahar Muradova
Bahar Muradova

-

«Ermənistan qoşunları sutka ərzində atəşkəsi 100 dəfədən çox pozublar. Azərbaycan hərbi birləşmələri yalnız onların provokasiya cəhdlərinin qarşısını alıb və onları layiqli cavablandırıb».

Bu sözləri qoşunların təmas xəttində atəşkəsin pozulmasını şərh edən parlamentin vitse-spikeri Bahar Muradova deyib.

«Trend»in xəbərinə görə, B.Muradova bildirib ki, hazırda baş verən bütün mənfi proseslərlə nəticələnən insidentlərə görə məsuliyyət Ermənistanın üzərinə düşür.

«Azərbaycanın Müdafiə Nazirliyi lazımınca, layiqincə onları cavablandırır. Çünki hətta Ermənistan tərəfdən baş verən itkilərin - insan və hərbi texnika baxımından - məsuliyyəti də yenə Ermənistanın üzərinə düşür. Çünki təmas xətti də Azərbaycanın üzərindən keçir. Döyüşlər Azərbaycan ərazisində gedir. Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ ərazisində və ətrafında gedir. İndi burada təbii bir sual meydana çıxır. Ermənistanın orada nə işi var ki, onlar döyüşlərdə də həlak olurlar? Daha yaxşı olmazmı ki, Minsk Qrupu öz imkanlarından istifadə edərək, məsuliyyətini və vəzifələrini yerinə yetirərək Ermənistandan qoşunların ərazini tərk etməsini tələb etsinlər? Belə olacağı təqdirdə hər hansı insidentdən danışmağa və onun günahının kimdə olmasını axtarmağa da ehtiyac olmayacaq», - deyə vitse-spiker qeyd edib.

B.Muradova deyib ki, ermənilər tərəfindən atəşkəsin pozulması birinci dəfə deyil.

«Nəzərə alaq ki, bu, Kəlbəcərin işğal dövrünə təsadüf edir. Bu, ermənilərin həmin tarixi yadımıza salmaq niyyətindən xəbər verir», - deyən vitse-spiker ATƏT-in Minsk Qrupunun müəyyən səylərinin intensivləşdiyi vaxtlarda Ermənistan tərəfindən belə hadisələr törədilməsinin gözlənilən olduğunu ifadə edib.

XS
SM
MD
LG