Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:59

Jurnalistin ölümünə görə hökmdən şikayət


Rasim Əliyevin döyülməsi anı.
Rasim Əliyevin döyülməsi anı.

-

Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər məhkəmə hökmündən apellyasiya şikayəti veriblər.

Bu haqda təqsirləndirilənlərdən Samir Mustafayevin vəkili Bəxtiyar Hacıyev məlumat verib.

«Report»un xəbərinə görə, şikayət aprelin 20-də məhkəməyə təqdim edilib. Vəkillər birinci məhkəmə instansiyasının hökmünün dəyişdirilməsini tələb edirlər.

Rasim Əliyev Facebook sosial şəbəkəsində futbolçu Cavid Hüseynov barədə tənqidi şərh yazmışdı. Onu bundan az sonra, 2015-ci il avqustun 8-də bir qrup şəxs döymüşdü. Rasim Əliyev avqustun 9-da səhərə yaxın xəstəxanada vəfat edib.

Bununla əlaqədar altı nəfər həbs olunmuşdu. 5 nəfər CM-nin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham olundu. Onlardan ikisinə - Arif Əliyev və Elşən İsmayılova qarşı həm də CM-nin 177-ci (oğurluq) maddəsi ilə də ittiham irəli sürülmüşdü.

Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilənlərdən Kənan Mədətov və Samir Mustafayevin hər birini 9 il, Camal Məmmədovu 11 il , Arif Əliyevi 12 il 6 ay, Elşən İsmayılovu isə 13 il müddətinə azadlıqdan məhrum edib.

XS
SM
MD
LG