Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:24

Atəşkəsin 130 dəfə pozulduğu deyilir


Qarabağda erməni hərbçilər.
Qarabağda erməni hərbçilər.

-
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 130 dəfə pozublar.
Bu zaman 82 və 120 millimetrlik minaatanlardan, 122 millimetrlik D-30 haubitsalarından istifadə edildiyi bildirilir.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Paravakar, Berkaber kəndlərindən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndləri atəşə tutulub.

Habelə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərinin vurulduğu deyilir.

Bundan başqa, Krasnoselsk rayonu ərazisindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanır.
Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Kəngərli, Cəvahirli, Sarıcalı və Nəmirli kəndləri də atəş altında qalıb.

Məlumatda həmçinin qeyd edilir ki, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonlarının da bəzi məntəqələri atəşə tutulub. Nazirliyin bildirməsinə görə, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfə cavab zərbələri endirib.

XS
SM
MD
LG