Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:59

İ.Məmmədovun məhkəməsinin vaxtı dəyişib


İlqar Məmmədov
İlqar Məmmədov

-


Şəki Apellyasiya Məhkəməsinin REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu ilə bağlı qərarını aprelin 29-da saat 17-də açıqlayacağı gözlənilir. Halbuki, bu gün səhər vəkillərə və Tofiq Yaqubluya bunun mayın 3-də olacağı bildirilmişdi.

İlqar Məmmədovun vəkili Fuad Ağayev AzadlıqRadiosuna deyib ki, prosesin önə çəkilməsinin səbəbini məhkəmədən ona izah etməyiblər.

Aprelin 22-si Şəki Apellyasiya Məhkəməsi İlqar Məmmədov və Tofiq Yaqublunun işinə təkrar baxmışdı. Ancaq qərarın elan edilməsini təxirə salmışdı.

İ.Məmmədovla T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. İlqar Məmmədov 7, Tofiq Yaqublu isə 5 il azadlıqdan məhrum edilib.

Apellyasiya Məhkəməsi hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.

2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun dərhal azadlığa buraxılması ilə bağlı qəti qərar çıxarıb. AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Ötən ilin noyabrında AİHM T.Yaqublunun da şikayətini təmin edib.

İ.Məmmədov və T.Yaqublu ittihamları rədd edərək onları uydurma və siyasi motivli sayırlar.

T.Yaqublu prezidentin son əfv fərmanı ilə azadlığa çıxıb. O, da bəraət istəyir.

XS
SM
MD
LG