Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:41

Atəşkəslə bağlı 15 iyun açıqlaması


Qarabağda erməni əsgər
Qarabağda erməni əsgər

-
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 18 dəfə pozublar.
Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonundan Ağstafa rayonunun Köhnəqışlaq kəndi atəşə tutulub.

Habelə, Berd rayonunun Çinari və Mosesqex kəndlərindən Tovuz rayonunun Ağbulaq və Əlibəyli kəndlərinin vurulduğu açıqlanıb.
Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərinin də atəşə tutulduğu qeyd edilib.

Nazirlik bildirir ki, Füzuli, Goranboy və Cəbrayıl rayonları istiqamətlərində də AzərbaycanSilahlı Qüvvələrinin mövqeləri atəş zərbələrinə məruz qalıb.
Müdafiə Nazirliyinin iyunun 14-dəki açıqlamasında atəşkəsin gün ərzində 24 dəfə pozulduğu bildirilirdi.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdən sonra atəşkəsin pozulması davam etsə də, iri hərbi əməliyyatların keçirilmədiyi bildirilir.

XS
SM
MD
LG