Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:59

Qapı nömrəsi Nərminənin başına nələr gətirdi...


Yataqxana
Yataqxana

“Bir ay əvvəl evə hücum ediblər, özüm işdə olmuşam, qapını yerindən çıxarıblar, əşyalarımı çölə töküblər. O vaxtdan evin bir küncünə qısılıb, səhərəcən gözümü yummuram”.

Yataqxanadakı 29 saylı otaq

Sovetlər dönəmində yüngül sənaye işçilərinin yaşadığı yataqxanadakı 29 saylı otaq qapısız qalıb. Otağın sahibəsi Nərminə Məmmədova elə bu səbəbdən gecələri səhərəcən gözünü qırpa bilmir.

Buna da bax:​ 'Ana bir də xəbər tutub ki, siçovul uşağın barmağını gəmirib'

O, azı, 30 il Bakı Tikiş Evində dərzi işləyib. Qabaqcıl işçi kimi, növbədənkənar mənzillə təmin olunması barədə qərar olsa da, ona ayrıca mənzil əvəzinə yataqxanada sahəsi 24 kvadratmetrlik bir otaq verilib. Nərminə xanım da “verən əli geri qaytarmazlar” düşüncəsiylə yataqxana otağına qane olub. O, ailə qurmayıb, özü demişkən, işdən gəlib, qapısını çəkib, sakit həyatını yaşayırmış. Ancaq neçə ildir ki, bu darısqal otağı ona bir az da dar eləyiblər. Bir gün xəbər tutub ki, məhkəmə həmin ünvana Bakı Tikiş Evinin başqa işçisinin də yerləşdirilməsinə qərar verib.

Tualet+5 kvadratlıq yer?

“Bunlara yataqxanadakı 29 “a” saylı mənzilə yaşayış hüququ verilib. Bu yataqxanada bircə 29 saylı mənzil var – mənim mənzilim. Heç bir sənəddə bu mənzilin 29 “a” olması göstərilməyib. Gəldilər, otağı yarıdan böldülər, dedilər, “29 “a” yox idi, indi oldu”. Bu boyda da özbaşınalıq olar?.. Məhkəməni pulla ələ alıblar. Məhkəmə də otağımın yarısını bölüb Şəhri Nurəhmədovaya verib. Otağı ortadan bölüblər, hamam, mətbəx onlardadır, mənə ayaqyolu ilə 5-6 kvadratlıq boş yer qalıb”.

Buna da bax:​ Dövlət pullu yataxana tikir

Sənəddə yazıblar ki...

Nərminə Məmmədova deyir, vaxtilə ona verilmiş otaq məhkəmə qərarı ilə ortadan bölünüb. 24 kvadratmetrlik otağın 12 kvadratı ona, 12 kvadratı isə “təzə qonşusuna” verilib:

“Sənəddə yazıblar ki, guya Şəhri Nurəhmədova da bu otaqda yaşayıb. O, 2006-cı ildə fabrikə işə girib, fabrikin rəhbərliyi məndən xəbərsiz ona sənəd verib ki, guya o da bu evdə mənimlə yaşayıb. Ələtdə qeydiyyatda olan ərini, uşaqlarını götürüb gəlib girib evimə”.

“Məhkəmələri uduzuram”

Nərminə Məmmədova deyir ki, məhkəmə qapıları döysə də, mənzilinə yerləşdirilən adamları çıxara bilmir:

“Nəsimi rayon və Bakı Apelyasiya Məhkəməsində uduzdum. Çünki fabrikdən məhkəməyə sənəd verilmişdi ki, guya, fabrikdə 30 il yox, az işləmişəm. Mənə fabrikdən iş stajımla bağlı sənədi o vaxt verdilər ki, artıq gec idi, apellyasiyanı da uduzmuşdum”.

Buna da bax:​ Laçın köçkünlərinin cəhənnəm əzabı

Bircə hərfin -“a”nın fəsadları

Nəsimi rayon Məhkəməsində Nərminə Məmmədovanın iddiası əsasında keçirilən məhkəmədə cavabdeh Şəhri Nurəhmədova deyib ki, Zəngilandan məcburi köçkündür. Bacısı Ziyafət Əsgərova 1987-ci ildən 2003-cü ilədək Bakı Tikiş Evində işləyib. Ona yaşaması üçün Cavadxan küçəsi, 64 saylı evin 29 “a” mənzili verilib (Nərminə Məmmədovanın yaşadığı mənzil nəzərdə tutulur). Həmin mənzildə məskunlaşaraq qeydiyyata alınıblar. O, ailə qurduqdan sonra da həmin mənzildə həyat yoldaşı və uşağı ilə birlikdə yaşamağa davam edib. Düşünür ki, həmin mənzildə qanuni əsaslarla yaşayır. Buna görə də mənzildən çıxarılmalarına dair Nərminə Məmmədovanın iddialarını qəbul etmir.

Polisə düşən qonşular arakəsməylə bölünmüş darısqal otaqda üz-üzə qalan “qonşular” dəfələrlə polisə düşüblər. Hətta məhkəmə Nərminə Məmmədovanı və mənzilin təzə sakini Şəhri Nurəhmədovanı Cinayət Məcəlləsinin döymə maddəsi ilə təqsirləndirərək hər ikisinə cərimə də kəsib.

Buna da bax:​ 'Burada xəstəliyə yoluxursan və... sağalmırsan'

Nərminə Məmmədovanın fikrincə, Bakı Tikiş Evinin direktoru və Nəsimi rayon İcra Hakimiyyəti əlbir olub, Nurəhmədovları onun mənzilinə yerləşdiriblər və... onları üz-üzə qoyublar.

Direktor deyir ki... Bakı Tikiş Evinin direktoru Fədail Rəhimov bildirib ki, onun məsələyə heç bir aidiyyəti yoxdur. Onun sözlərinə görə, sözügedən yataqxana 1998-ci ildə fabrikin balansına verilsə də, 10 il sonra balansdan çıxarılıb. Bina hazırda Bakı şəhər İcra Hakimiyyətinin balansındadır.

XS
SM
MD
LG