Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:32

Talançılar diyarı


Rövşən Yerfi
Rövşən Yerfi

Rövşən Yerfi

Talançılar diyarı

(mənsur şeir)

Vətənim dönüb talançılar diyarına - Soyhasoydu... Athaatdı... Çaphaçapdı... Bu diyarın nefti bol olsa da, benzin baha, mazut baha... Olsa da yüz cür sərvəti, münbit torpağı ərzaq baha, dərman baha... hər şey baha... Burada bir dəfə qalxan qiymət, enməz birdaha...

Vəzifəsi, səlahiyyəti olanların kimin nədə gücü çatır camaataatır, çapır, əlinə düşəni soyur, talayır. Gəl ki, nə qədər soysa da, göz doymur... Yox insafı, puldu allahı, heç Allahdan da qorxmur...

İştahalı talançılar alırlar, yeyirlər, mənimsəyirlər zəiflərin haqqını. Sanki, bir yarış gedir kim çox taladı, bizə düşmənə ehtiyac yox, “içirlər” öz yurddaşlarının qanını... Hər birinin arxası var, qudası var, adamı var, Tək zavallı xalqdan başqa...

Bir tərəfdə talançılar – vicdanına tüpürənlər, Bir tərəfdə hər tikəsinə şükür edib sürünənlər...

Gözəl yurdum, sənin övladların görən nə zaman gözütox, haqqı tanıyan olacaqlar? Onların ac gözləri görən nə vaxt talanlardan doyacaqlar?

Eh... Talançılar diyarı, acgözlər ölkəsi, çarəsizlər vətəni...

Buna da bax: "Cibə, evə narkotik atmaqla həbs etmək mənəvi iflasdan xəbər verir"

Ölkəboyu “Cin səddlərii” tikənlər…

(mənsur şeir)

Hasarlar içində yaşayırıq - hər tərəfdə hasarlar... Nə yaxşı ki, heç olmasa
göyün üzü açıqdır… Sağda hasar, solda hasar, Yollar da hasar...
Meşələr, göllər, dəniz də hasarlanıb, sərbəstlik yasaqlanıb. Dəniz qırağı divarların o tayında harınlar. Yol qırağı divarların arxasında kasıblar.

Bu məmur sahibkarlar, bu geniş səlahiyyətli, riyakar“əlahəzrətlər” qalın, uca, bər-bəzəkli hasarlarla kimi kimdən qoruyurlar? Yoxsa kimdən, nədən, yığdıqları haramdan utanırlar? Bütün ölkə boyu ucu-bucağı görünməyən "Çin səddləri" tikirlər...
Bu ürəkləri xoflu,dilləri yalan dolu balaca padşahlar, sonu bitməyən divarlarla kənarlaşıb özlərini "qara camaat"dan ayırırlar... Hər divarın bir sonu var, anlamırlar. Sanki əbədidirlər, yoxdu onlar üçün o səddlər boyda uçurumlar...

XS
SM
MD
LG