Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:04

Avropa Parlamenti rəhbərliyindəki dəyişikliyə Bakıda niyə sevinirlər?


Avropa Parlamentinin yeni prezidenti Antonio Tajani
Avropa Parlamentinin yeni prezidenti Antonio Tajani

İtaliya mühafizəkar millət vəkili Antonio Tajani Avropa Parlamentinin prezidenti seçilib.

63 yaşlı Tajani keçmiş İtaliya baş naziri Silvio Berlusconi-nin keçmiş sözçüsü və Avropa İttifaqının keçmiş komissarıdır.

AP prezidentliyi postuna yarışda onun rəqibi Gianni Pittella da italiyalı idi.

Tajani-dən əvvəl AP prezidenti postunu Almaniyadan Martin Schulz tuturdu.

Səsvermə zamanı Tajani 351, sosialist Pittella isə 282 səs qazanıb.

Avropa mediası yazır ki, cənab Tajani-nin Avropa Xalq Partiyası (AXP), liberal ALDE qrupu ilə tandemdə çıxış edir.

Yeri gəlmişkən ALDE-nin lideri Guy Verhofstadt son anda namizədliyini geri çəkərək Tajani-nin qələbəsinə yol açıb.

Bu da xəbər verilir ki, Tajani-nin seçilməsi ilə sağ-mərkəzçilər Avropa İttifaqının üç əsas təsisatında rəhbərliyi ələ alıblar: Avropa Komissiyası, Avropa Şurası və Avropa Parlamenti.

Rəsmi Bakının “düşməni” Schultz getdi

AP-də prezidentliyi başa Martin Schulz, parlamenti ümumiyyətlə tərk edərək Almaniya siyasətinə qayıdır.

Rəsmi Bakı Azərbaycanda insan haqlarını tənqid edən Martin Schulz-u "ermənipərəst" adlandırırdı
Rəsmi Bakı Azərbaycanda insan haqlarını tənqid edən Martin Schulz-u "ermənipərəst" adlandırırdı

Təhlilçilər bildirirlər ki, cənab Schulz-un prezidentliyi müddətində bu qurumun nüfuzu xeyli yüksəlib.

Martin Schulz-un prezidentlik müddətinin başa çatmasını Azərbaycan hakimiyyəti səbirsizliklə gözləyirdi.

Hakimiyyətə yaxın “Azərbaycan 24” saytı hələ səsvermə ərəfəsində dərc etdiyi xəbərə - “Ermənipərəst Martin Schultz gedir – bu Azərbaycan-AP münasibətlərində yeni eraya yol açır” başlığı qoymuşdu.

Məqalədə iddia edilir ki, Azərbaycanla Avropa Parlamenti arasında münasibətlərin gərgin olmasının əsas səbəbkarı Schultz olub.

Martin Schultz Azərbaycanda insan haqlarının vəziyyəti və siyasi məhbuslar məsələsində kəskin barışmaz və tənqidi mövqe tuturdu.

Avropa Xalq Partiyasına gəlincə isə, Avropa Şurasının fraksiyalarından olan AXP-nin rəhbəri italiyalı Luca Volontè barəsində ötən ildən bəri Milan prokurorluğunun açdığı cinayət işi davam edir.

Onun Azərbaycan rəsmilərindən 2, 39 milyon avro rüşvət alması barədə iddialar irəli sürülüb.

İddia edilir ki, Volontè 2013-cü ildə Xalq Partiyasını Azərbaycanda siyasi məhbuslar barədə qətnamənin əleyhinə səs verməyə sövq edib.

Rəsmi Bakı Volonte ilə bağlı özünə qarşı iddiaları rədd edir.

XS
SM
MD
LG