Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:04

Məcburi köçkünlər: 'Sayğac istəmirik, torpağımızı istəyirik'


Məcburi köçkünlər sayğac quraşdırılmasına etiraz edir
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00

Məcburi köçkünlər sayğac quraşdırılmasına etiraz edir

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin bir neçə əməkdaşı Rabitə və nəqliyyat kollecinin yaxınlığında məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli binada sayğac quraşdırmaq istəyiblər. Buna etiraz edən məcburi köçkünlər daha sonra aksiya keçiriblər. Onlar yaxınlıqdan keçən yolu bağlamağa çalışıblar.

Prezident İlham Əliyev yanvarın 23-də «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» fərman imzalayıb. Həmin sənədə əsasən, məcburi köçkünlərə, onlara bərabər tutulan şəxslərə yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər dayandırılır.

Bunun əvəzinə onlara hər ay 36 manat məbləğində vahid aylıq müavinət veriləcək.

Səndə də maraqlı foto və video varsa AzadlıqRadiosunun Mobil Reportyor bölümünə göndər.

Çəkdiklərini MobilReportyor-a belə çatdır:

- Kompüterdən - Yükləmə səhifəsinə daxil olub oradakı qaydalara əməl etməklə foto və ya videolarını bizə göndər.

- WhatsApp nömrəmiz:

(+420) 778 711 700

Görüntüləri elektron poçtla bura göndər: AzadAvropa.AzadliqRadiosu@gmail.com

XS
SM
MD
LG