Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:57

"Bu maddə ilə qərar Azərbaycanın imicinə zərbədir"


Elmar Hüseynov
Elmar Hüseynov

Jurnalist Elmar Hüseynovun qətlini Azərbaycan effektiv araşdırmayıb – bunu Avropa İnsan Haqları məhkəməsi aprelin 13-də açıqlayıb və Azərbaycan hökuməti məhz bu effektiv araşdırmadığına görə jurnalistin xanımı Ruşaniyə Hüseynovaya 20 min avro təzminatvə hüquqi məsrəflərə görə 10 min avro ödəməlidir.

“Monitor” jurnalının redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də öz evinin kandarında güllələndi. Azərbaycan prezidenti İlham Əliyev bu qətli “Azərbaycanın nüfuzuna ləkə” adlandırmışdı.

Avropa məhkəməsinin bu gün çıxardığı qərar barədə hüquq müdafiəçisi Əsabəli Mustafayev deyir ki, məhkəmə mərhum jurnalist Elmar Hüseynovun qətli ilə bağlı işdə prosessual əsasların və qətl üzrə Konvensiyanın 2-ci maddəsinə əsasən səmərəli istintaq aparılmamasını tanıyıb. Hüquq müdafiəçisinin sözlərinə görə həmin maddə Konvensiyada ən ağır maddədir.

Əsabəli Mustafayev deyir ki, hansısa dövlətə qarşı bu maddə ilə qərar çıxması həmin dövlətin imicinə və hüquq sisteminə böyük xələl gətirir. Hüquq müdafiəçisi bildirir ki, bu qərardan sonra dövlət həmin istintaqı bərpa etməli və daha səmərəli araşdırma aparmalıdır. Onun sözlərinə görə hökumət indi öz imicini bərpa etmək üçün qatilləri tapıb məsuliyyətə cəlb etməlidir.

Qərarın 20 min avroluq kompensasiya hissəsinə gəldikdə isə Əsabəli Mustafayev deyir ki, son vaxtlar qərarların kompensasiya hissəsini də gecikdirməklə hökumət Avropa Məhkəməsinin imicinə zərbə vurmaq istəyir. Amma onun sözlərinə görə bu kompensasiyalar gec-tez ödəniləcək.

Əsabəli Mustafayev: "hansısa dövlətə qarşı bu maddə ilə qərar çıxması..."
Gözlə

No media source currently available

0:00 0:02:45 0:00
Direct-ə keçid

Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli deyir ki, Avropa Məhkəməsinin qərarları ölkə üçün məcburidir və ölkə onu icra etməlidir. Onun sözlərinə görə Elmar Hüseynovun işi ilə bağlı indiki halda yaşamaq hüququ ilə bağlı və qatillərin tapılmamasına görə istintaqın süründürməçiliyi ilə bağlı Avropa Məhkəməsinin qərarı tələb edir ki, bu məsələ yenidən gündəmə gəlsin və iş sürətləndirilsin.

Kompensasiya ilə bağlı hüquqşünas deyir ki, qərarın bu hissəsinin yerinə yetirilməməsi mümkünsüzdür. Ələsgər Məmmədli bildirir ki, qatillərin tapılması üçün hökumət lazım gələrsə, yeni metodlardan istifadə etməlidir. Onun sözlərinə görə ilk növbədə hökumətin buna istəyi olmalıdır

Ələsgər Məmmədli:"Avropa Məhkəməsinin qərarı tələb edir ki, bu məsələ yenidən gündəmə gəlsin"
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

XS
SM
MD
LG