Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:52

Bank sistemi hələ də “dalan”da


arxiv
arxiv

“Novoye Vremya” qəzeti ölkənin bank sektorunun problemlərinə diqqət çəkir: “Yarımçıq addımlar bank sektoruna yardımçı ola bilməz və ya Nəzarət Palatası nə ilə fərqləndi?”

Qəzet yazır ki, bu gün bank sistemində kütləvi olmasa da, ixtisarlar aparılmaqdadır: “Bu il iyunun 1-nə bu sektorda çalışanların sayı 16034 nəfərdir. Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, ilin əvvəlindən bank sektorunda 913 nəfər və ya 5,4% azalma baş verib”.

İxtisarlara səbəb kimi bank sisteminin böhrandan çıxa bilməsi üçün Palatanın bankların sayının azaltması siyasəti göstərilir. Ancaqməqalədə deyilir ki, ölkədə 10-dan çox bank bağlansa da, bank sistemində “sağlamlaşdırma” siyasəti hələ dəözünü doğrultmayıb: “Palata şoxsaylı qərarlar, hansısa daxili direktiv və qanunlar qəbul edir. Amma bank sektoru səmərəlilik əlaməti göstərmir”.

Qəzet yazır ki, Palatanın fəaliyyəti dövründə bank sektorunda islahatlardan çox danışılsa da, hər hansı pozitiv dəyişiklik baş verməyib.

“Yerli bankların ödənilməmiş kreditlər, zəif kapitallşama, kredit portfeli və əhali əmanətlərinin zəifləməsi kimi əsas problemləri həll olunmayıb. Halbuki Azərbaycan bank sisteminin düşdüyü bu “dalan”dan çıxış yolu çoxdan tapılmalı idi”, - məqalədə deyilir və əlavə olunur ki, “yarımçıq tədbirlərlə bank sektorunu xilas etmək olmaz”.

İşi büdcə görəcəksə məmur nəyə lazım?

“Exo” ölkənin yollarından yazır: “Azərbaycanda yolların yarısının təmirə ehtiyacı var”.

Qəzetə Azərbaycandakı yolların durumundan danışan ekspert Ərşad Hüseynov deyir: “Azəravtoyol” ASC ölkə yollarının 50%-nin durumunun acınacaqlı olduğunu bildirir, amma fikrimcə, rəqəmlərin göstərilməsində təvazökarlıq edirlər, təmirə ehtiyacı olan yollar daha çoxdur və əsas problemlər paytaxtdan kənarda olan yollarda özünü göstərir”.

Ə. Hüseynovun sözlərinə görə, paytaxtın bəzi rayonlarında, eləcə də kənarlarında çoxdan təmir işi aparılmayan, baxımsız halda olan yollar var: “Amma bu problem region sakinlərinə yaxşı tanışdır və onlar demək olar ki, alsfaltlı yollar olmasını artıq unutmağa başlayıblar, rayon mərkəzləriylə kəndlər arasında yol örtüyü adlı bir şey yoxdur”.

Ekspertə görə, bu problermi aradan qaldırmaq üçün milyardla manat lazımdır.

Ancaq o deyir ki, problemi bütünlüklə aradan qaldırmaq üçün dövlət büdcəsində vəsait yoxdur: “Hesab etmirəm ki, regional problemlər Bakının maliyyə dəstəyilə həll olunmalıdır, məmurlar Bakıdan köməyə alışıblar, odur ki, əllərini-qollarını sallayaraq nə vaxt vəsait daxil olacağını gözləyirlər. Amma hər rayon rəhbərliyi yol problemini özü müstəqil həll etməlidir”.

Ə.Hüseynovun qənaətincə, büdcə vəsaiti ölkə iqtisadiyyatının inkişafına və vacib sosial problemlərin həllinə sərf olunmalıdır, yolların təmiri, infrastrukturun yaradılması isə rayon rəhbərlyinin problemidir, “əks halda problemlər yalnız büdcə vəsaitləri hesabına həll olunacaqsa onda bu məmurlar nəyə lazımdır?”

Azərbaycan dövlətinin uğurları

Ölkənin uğurlarından yazan “Azərbaycan”ın məqaləsi belə adlanır: “Azərbaycan qlobal enerji xəritəsinin əsas müəlliflərindəndir”.

Qəzet Azərbaycanın uğuru kimi neft-qaz nəqlinin şaxələndirilməsini, Avropa İttifaqının enerji təhlükəsizliyinə tövhələr verməyə hazır olması haqda mövqeyini göstərir: “Son illər bu istiqamətdə baş verən, gələcəkdə Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər edəcək hadisələr həm də Azərbaycanın enerji siyasətinin böyük uğurlarıdır”.
Məqalədə deyilir ki, Azərbaycanın dünyada enerji təhlükəsizliyi sahəsində “ən etibarlı tərəfdaş kimi” tanınması da bir uğurdur və onun verdiyi töhfələr rəsmi Vaşinqton tərəfindən yüksək qiymətləndirilir. Və ABŞ-ın İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində ABŞ-ın “Cənub Qaz dəhlizi” layihəsinə bundan sonra da dəstək verəcəyi barədə bəyanatı da Azərbaycanın uğurları sırasınadaxil edilir.

Yazıda bildirlir ki, Azərbaycanın təşəbbüsü ilə “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsi beynəlxalq səviyyədə dəstək qazanır və bu layihənin tam gücü ilə işə düşməsi ölkənin beynəlxalq imicinə müsbət təsiri ilə yanaşı, onun gələcək inkişafı, siyasi və iqtisadi maraqlarının daha dolğun şəkildə təmin edilməsinə mühüm töhfələr verəcək.

Gənclər şəhərciyinin su problemi

“Bizim Yol qəzeti” “Abşeron” Gənclər Şəhərciyinin su probleminə toxunur: “Gənclər şəhərciyinin bitməyən dərdləri – sakinlər yay günü susuz qalıblar”.

Qəzet şəhərcik sakinlərinə istinadən yazır ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sakinlərə xəbərdarlıq etmədən şəhərçiyə su verilməsini dayandırıb və bu halsakinlərin ciddi narazılığına səbəb olub.

“Şəhərciyə gün ərzində üç saat gündüz və üç saat axşam olmaqla gün ərzində cəmi 6 saat su verilirlər. Biz də su gələn kimi çənlərimizi doldururuq və gün boyu ondan istifadə edirik. Amma yay mövsümü olduğu üçün çəndəki su da bəzən çatmır. İndi də xəbərdarlıq etmədən suyun verilməsini dayandırıblar. Camaat susuzluqdan “qırılır””, - sakinlər danışır.

“Axı körpə uşaq “su yoxdur” sözünü anlamır, dərk etmir. Biz indi hara gedək bilmirik, aidiyyatı şəxslərdən məsələyə müdaxilə edib, problemi həll etmələrini istəyirik”, - bunu da sakinlər söyləyir.

“Azərsu” ASC- nin şəhərcikdəki nümayəndəsi isə qəzetə deyib ki, bu kompleksdəki su hovuzlarının təmizlənməsi ilə bağlıdır. Hərçənd qəzet əməkdaşı müşahidələrinə əsasən şərəhcikdəki hovuzlarda hər hansı təmizləmə işi aparılmadığını yazır.

Sakinlər son çarəni Bakı-Sumqayıt yolunu bağlamaqda gördüklərini deyirlər.

XS
SM
MD
LG