Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:57

Ötən il 22 dini icmanın sənədləri geri qaytarılıb


Ötən il qeydiyyatdan ötrü müraciət edən dini icmalardan 22-sinin sənədləri geri qayıdıb.

Bu məsələ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasında bildirilib.

Bu gün, yanvarın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.

İclasda Komitənin sədri Mübariz Qurbanlı şıxış edib.

O, bildirib ki, 2018-ci ildə dövlət qeydiyyatına alınan dini icmaların ümümi sayı 909-a çatıb.

Onlardan 877-si İslam, 32-si isə qeyri-islam təmayüllü (21-i xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna) təşkilatlar olduğu bildirlir.

Komitə sədrinin deməsinə görə, dini qurumların dövlət qeydiyyatına alınması ilə bağlı ötən il onlara 143 müraciət (138-i İslam, 5-i qeyri-islam təmayüllü) daxil olub. Onlardan 22 dini qurumun sənədlərinin qanunvericiliyə uyğun tərtib edilmədiyi əsas göstərilərək geri qaytarılıb. Ümumilikdə 98 dini icmanın (96-sı İslam, 2-si qeyri-islam təmayüllü) dövlət qeydiyyatına alındığı diqqətə çatdırılıb.

Qeydiyyaya alınmayan dini icmaların adları açıqlanmır.

Xatırlatma

Azərbaycanda 2009-ciu ildə qanunvericiliyə dəyişiklikdən sonra dini icmalar yenidən qeydə alınır.

Ancaq bu illər ərzində bəzi dini icmalar qeydiyyat məsələsində onlara süni maneələr yaradılmasından şikayətləniblər.

Bu məsələ ABŞ-ın din azadlığı hesabatlarında da öz əksini tapıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə bildirilib ki, heç bir dini icmanın qeydiyyatından əsassız yerə imtina edilmir.

XS
SM
MD
LG