Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:31

AB-dən milyonları belə ‘sağırlar’


Praqada Andrej Babis-in istefası tələb olunur, arxiv fotosu
Praqada Andrej Babis-in istefası tələb olunur, arxiv fotosu

Avropa Birliyi hər il kənd təsərrüfatına subsidiya kimi 65 milyard dollar ayırır. Amma o pulun böyük hissəsi avtoritar liderlərə fayda verir, siyasətçiləri varlandırır, korrupsiyaya bulaşmış sövdələşmələri maliyyələşdirir. Bunu “The New York Times” qəzeti üzə çıxarıb.

Qəzet yazır ki, kommunizm vaxtı Budapeştin qərbindəki fermerlər onların torpağını oğurlamış hökumət üçün buğda və qarğıdalı becərirdi. Bu günsə onların övladları Macarıstan hökumətilə qaranlıq sövdələşmələr nəticəsində torpaqlarını ilhaq etmiş bir qrup oliqarx və siyasi patron üçün işləyir. Üstəlik, bu torpaq baronlarını Avropa Biriyi maliyyələşdirir.

Qəzetin araşdırmasında deyilir ki, AB-nin hər il fermer təsərrüfatına ayırdığı 65 milyard dollar Mərkəzi və Şərqi Avropada əsasən yaxşı əlaqələri olan, azsaylı qoluzorluların cibinə axır. Məsələn, Çexiya Respublikasının baş naziri ötən il subsidiya formasında onmilyonlarla dollar əldə edib. Slovakiya və Bolqarıstanda isə subsidiyalar torpaqların mafiya üslubunda ələ keçirilməsinə şərait yaradıb. Araşdırma bu il ərzində 9 ölkədə aparılıb.

AB-nin büdcəsində fermer təsərrüfatına ayrılan vəsait böyük yer tutur və həm də dünyada ən böyük subsidiya proqramlarındandır.

Proqramın mahiyyəti ondadır ki, adamlar becərdikləri torpağa görə pul alırlar. Məqsəd çox çalışan fermerlərə dəstək göstərmək, Avropanın ərzaq təchizatını yaxşılaşdırmaqdır.

Ancaq keçmiş sovet bloku ölkələrində fermer torpaqlarına əsasən hökumət sahiblənmişdi. Macarıstanda Baş nazir Viktor Orban torpaqları hərrac yoluyla siyasi müttəfiqlərinə və ailə üzvlərinə satıb. Subsidiyalar da torpağa görə bölüşdürülür.

Qəzet Çexiyanın Baş naziri Andrej Babis-in formalaşdırdığı şirkətin təkcə ötən il azı 42 milyon dollarlıq subsidiya əldə etdiyini yazır.

XS
SM
MD
LG