Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:40

İşləyən hər iki qadından biri təhsil və səhiyyə sektorunda çalışır


Boş sinifdə onlayn dərs. Foto arxiv
Boş sinifdə onlayn dərs. Foto arxiv

Qadınların iqtisadi iştirakçılığı niyə vacibdir?

Müasir inkişaf nəzəriyyələrinin əsas prinsiplərindən biri inklüzivlikdir. İnklüzivlik dedikdə cəmiyyətin bütün sosial qruplarından olan insanlara bərabər imkanların yaradılması və bu fəaliyyətin əhatəliliyi nəzərdə tutulur. Özəlliklə iqtisadiyyatda inklüzivliyin təmin edilməsi ölkələrin iqtisadi siyasətinin başlıca hədəflərindən biridir. Axı gəlirlərin bölüşdürülməsində və iqtisadi iştirakçılıqda inklüzivliyin təmin edilməsi bütövlükdə ölkənin dayanıqlı iqtisadi inkişafına və sosial təsisatların güclənməsinə şərait yaradır.

İqtisadi inklüzivliyin əsas elementlərindən biri də qadınların iqtisadi fəaliyyətə qatılmasıyla bağlıdır. Axı qadınların iqtisadi potensialının və resurslarının gəlişmədiyi, qadın və kişilər arasında ciddi gəlir bərabərsizliklərinin aradan qaldırılmadığı cəmiyyətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafa nail olmaq mümkün deyil.

Ərinin işgəncələrindən polisə şikayət edən gənc qadın öldürüldü
Gözlə

No media source currently available

0:00 0:04:29 0:00

Azərbaycan əhalisinin yarısından bir qədər çoxu, iqtisadi fəal əhalininsə yarısına yaxını qadınlardır. Say baxımından belə bərabərlik olsa da, iqtisadi fəaliyyətdə iştirak və gəlir bölgüsü baxımından ölkədə qadın və kişilər arasında bərabərsizliklər gözə çarpır.

Qadınlar əmək bazarında

Dövlət Statistika Komitəsinin göstəricilərindən aydın olur ki, hazırda ölkə əhalisinin 50.1 faizi, iqtisadi fəal əhalininsə 48.6 faizi qadındır. İqtisadi fəal əhali dedikdə, məşğul və işsiz əhalinin toplam sayı nəzərdə tutulur İqtisadi baxımdan qeyri-fəal əhalininsə 66 faizi qadındır. Söhbət çalışmayan, iş axtarmayan və işə başlamağa hazır olmayan 15 və yuxarı yaşda olan şəxslər nəzərdə tutulur.

Burada daha bir diqqətçəkən məqam ondan ibarətdir ki, iqtisadi cəhətdən qeyri-fəal əhali qrupuna daxil edilən 642 min qadın "ev işləri görən, uşaqlara və digər ailə üzvlərinə qulluq edənlər" – "evdar" statusu olanlardır. Hökumət bu qadınları işsiz saymasa da, onlardan neçəsinin öz istəyi ilə, neçəsininsə iş tapa bilmədiyi üçün bu statusu daşıdığı bilinmir. Belə statuslu kişi sayı isə 34 min nəfərə yaxındır.

Evdən qaçan qadın bunları danışır
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00

Məşğul əhaliyə gəlincə, açıqlanan son məlumatlardan aydın olur ki, iqtisadi fəal qadınların cəmi 26 faizi əmək müqaviləsi əsasında muzdlu fəaliyyət göstərir. Bu o deməkdir ki, iqtisadi fəal əhali qrupuna aid hər 100 qadından cəmi 26-sı ona pensiya və məzuniyyət hüququ qazandıran sosial haqlara malikdir. Beynəlxalq Əmək Təşkilatının "Qlobal sosial müdafiə hesabatı"nda da qeyd edilir ki, Azərbaycanda hamiləliyə və doğuşa görə məzuniyyətlə əhatə olunan qadınlar doğum gerçəkləşdirən qadınların cəmi 14 faizidir. Halbuki, bu göstərici Avropa Birliyi ölkələrində 95-100 faiz, Rusiyada 69 faiz, Qazaxıstanda 45 faiz, Gürcüstanda 24 faiz səviyyəsindədir.

Cədvəl: Muzdla çalışan qadınların iqtisadi fəaliyyət növləri üzrə bölgüsü

Fəaliyyət növləri

Qadınlar

nəfər

faiz

Təhsil

248 min 248

37.6

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

104 min 649

15.9

Ticarət; nəqliyyat vasitələrinin təmiri

72 min 852

11

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

34 min 085

5.2

Emal sənayesi

30 min 530

4.6

Dövlət idarəetməsi və müdafiə; sosial təminat

30 min 675

4.6

Peşə, elmi və texniki fəaliyyət

25 min 032

3.8

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

24 min 100

3.7

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

12 min 385

1.9

Nəqliyyat və anbar təsərrüfatı

12 min 313

1.9

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

10 min 446

1.6

Maliyyə və sığorta fəaliyyəti

10 min 162

1.5

İnformasiya və rabitə

8 min 256

1.3

Tikinti

7 min 959

1.2

Turistlərin yerləşdirilməsi və ictimai iaşə

8 min 244

1.2

Daşınmaz əmlakla bağlı əməliyyatlar

5 min 355

0.8

Mədənçıxarma sənayesi

4 min 644

0.7

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

3 min 196

0.5

Digər sahələrdə xidmətlərin göstərilməsi

6 min 608

1

Cəmi

659 min 739

100

Azərbaycanda qadınların əmək fəaliyyəti ilə bağlı ən çox diqqətçəkən məqamlardan biri də bütün muzdlu qadın işçilərin 53.5 faizinin cəmi iki fəaliyyət istiqamətində işləməsidir. Bunlar təhsil və səhiyyə və sosial xidmətlərin göstərilməsi ilə əlaqədar peşələrdir. Bu göstəricini qadınların peşə seçimi ilə bağlı cəmiyyətdə mövcud stereotiplərlə - qəlib təsəvvürlərlə də əlaqələndirmək olar. Hazırda ali məktəblərdə təhsil alan qadın tələbələrin təhsil aldığı ixtisaslara baxdıqda həmin mənzərənin yaxın illərdə dəyişməyəcəyi görünür. Sonuncu rəsmi rəqəmlərə görə, ölkədə ali məktəblərdə təhsil alan toplam 91 min 501 qadın tələbədən 43 min 390 nəfəri - 48 faizi təhsil və səhiyyə ilə bağlı ixtisaslara yiyələnməkdədir.

Muzdlu işçilərlə yanaşı, sahibkarlar arasında da qadınların payı daha aşağıdır. 2021-ci yanvarın 1-nə olan göstəricilərə görə, ölkədə fəaliyyət göstərən 1 milyona yaxın fərdi sahibkarın cəmi 21 faizi, yəni hər beş fərdi sahibkardan biri qadındır. Muzdlu işçilərdə olduğu kimi, sahibkar qadınların da yarıya yaxını – 45 faizi cəmi iki fəaliyyət istiqamətində çalışır. Bunlar kənd təsərrüfatı (24%) və ticarətdir (21%). Onu da qeyd etmək lazımdır ki, bütün sahibkar qadınların üçdə biri Bakıda fəaliyyət göstərir. Bu baxımdan, regionlarda, özəlliklə kəndlərdə yaşayan qadınların fəaliyyət istiqaməti ilə bağlı seçim imkanları daha məhduddur.

XS
SM
MD
LG