Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:59

Rusiya işğalının qlobal iqtisadiyyata təsiri – Qərb mediası


Kiyev yaxınlığında ev
Kiyev yaxınlığında ev

Hesablamalara görə, 2015-ci ildə varlı rusiyalıların xaricdə gizlətdiyi sərvət Rusiyada ÜDM-nin 85 faizinə bərabər olub

Rusiyanın Ukraynaya hücumu, bu münaqişənin 2-ci Dünya Müharibəsindən sonra Avropada ən böyük müharibəyə çevrilmə ehtimalı dünya iqtisadiyyatının koronavirus pandemiyasından sonra qısa müddətə olsa belə güclənəcəyinə ümidləri sarsıdıb. Bu haqda “The Financial Times” qəzeti yazır.

Fevralın 24-də Rusiyanın hücumu maliyyə bazarlarını silkələyib. Qəzet yazır ki, geosiyasi gərginliyin artması yüksək inflyasiyanı və təchizat zəncirində pozuntuları daha da şişirdəcək.

İqtisadçıların fikrincə, münaqişənin biznesə və istehlakçı inamına, xammal bazarına təsirinin dolayısı fəsadları Rusiyayla ticarətin azalmasını, ABŞ və Aİ-nin Moskva üzərinə sanksiyalarının birbaşa təsirini üstələyəcək.

Məsələn, enerjinin qiymətləri artmaqda davam edərsə, üç ilə qlobal iqtisadiyyatda ikinci resessiya yaranar.

İqtisadçılar buna görə də izlənəsi vacib məsələlərə diqqət çəkirlər. Birincisi, müharibənin ağırlaşmasından asılıdır. Çünki Rusiya Prezidenti Vladimir Putinin niyyəti bəlli deyil. Təhlilçilər deyirlər ki, o, Kiyevdə hökuməti dəyişmək istəyə, yaxud Avropada beynəlxalq sərhədləri yenidən çəkməyə cəhd eləyə bilər.

Çinin rolu

“BlueBay Asset Management”in iqtisadçısı Tim Əş Çinin mövqeyinin vacibliyini qeyd edir. Pekin Rusiyaya hərbi münaqişənin maliyyə tərəflərini yoluna qoymaqda kömək vəd edib.

“Çin durumdan yararlanaraq Tayvana da hücum edə, yaxud ABŞ-la münasibətləri düzəltməyi seçə bilər”, – Əş vurğulayıb.

Digər vacib məsələlər bazarların geosiyasi şoka nə dərəcədə duruş gətirəcəyi, inamın nə dərəcədə sarsılacağıdır.

Məqalədə deyilir ki, ev təsərrüfatlarının və bizneslərin nə dərəcədə ehtiyatlı davranacağı, az xərcləyəcəyi, daha çox qənaət edəcəyi qlobal iqtisadiyyatda vacib rol oynayacaq.

“Pantheon Macroeconomics”in baş iqtisadçısı artımın azalmasının qaçılmaz olduğunu deyir. “İstehlakçı əhvalı hər yerdə zəifləyəcək... Bu, Avropada, ABŞ və yeni yaranan bazarlarda iqtisadi artımın yavaşıması deməkdir”, – o vurğulayıb.

“Hargreaves Lansdown”dən investisiya və bazarlar üzrə aparıcı təhlilçi Suzanna Striter deyir ki, böhranın nə qədər davam edəcəyindən asılı olaraq bizneslər və istehlakçılar arasında etimada ciddi ziyan dəyəcək.

Rusiya- Ukrayna müharibəsi genişlənir. İtkilər artır
Gözlə

No media source currently available

0:00 0:14:35 0:00

Putinin Axilles dabanı

“The New York Times” qəzetində Pol Kruqman Qərbin Putinə sanksiyalarının effektindən yazır.

Onun fikrincə, Qərb iradə göstərsə, öz korrupsiyası ilə mübarizə aparsa, sanksiyalar effektli ola bilər.

Müəllif Rusiyanın bu hücuma görə sonucda ağır bədəl ödəyəcəyini düşünür. Daha kəmər sövdələşmələri, birbaşa xarici investisiya olmayacaq.

İndiliksə... avropalılar Rusiya təbii qazından xeyli asılıdırlar. Bu isə o deməkdir ki, Rusiyanın ixracını tam kəssələr, özlərində qiymətlər qalxar, qıtlıq yaranar.

“Hətta Ukraynanın işğalı belə avropalıları bu cür qurban verməyə inandıra bilməyəcək. Axı, İtaliya Rusiya elitasının sevə-sevə aldığı dəbdəbəli malların sanksiya paketinə salınmasını istəmir...”, – məqalədə deyilir.

Məqalədə deyilir ki, dünyanın qabaqcıl demokratiyalarının Rusiyaya qarşı başqa bir güclü maliyyə silahı da var. Onlar Putini əhatələyən oliqarxların xaricdəki sərvətinin ovuna çıxa bilərlər.

Hesablamalara görə, 2015-ci ildə varlı rusiyalıların xaricdə gizlətdiyi sərvət Rusiyada ÜDM-nin 85 faizinə bərabər olub. “Təsəvvür edin ki, ABŞ prezidentinin yaxın dostları xarici hesablarda 20 trilyon dollar gizlətsinlər”, – yazan müəllif Putin rejiminə nəhəng maliyyə təzyiqi üçün əldə vasitə olduğunu qeyd edir. Məsələ bunu gerçəkləşdirməyə iradənin olub-olmamasındadır.

XS
SM
MD
LG